Sınaqlar yolu ilə tapılan və qədim zamanlarda da istifadə edilən bəzi müalicə üsullarının bu gün də tibb ictimaiyyətində istifadə olunduğunu görə bilərik. Qədim şəfaçılar nəyi və necə müalicə etdiklərini tam bilməsələr də, bu müalicə üsulları dövriyyədə öz yerini tuta bilib. Texnologiyanın inkişafı ilə köhnə həkimlərin dərk edə bilmədiyi səbəblərə dair elmi izahlar verilib və bu müalicələrin gərəksiz olmadığı sübut edilib.

5. Söyüd budağı:
Bir çox qədim sivilizasiyalar ağrının müalicəsində güclü təsirinə görə söyüd budaqlarını həyatlarının mühüm elementi halına gətiriblər. Tərkibində salisilik turşu olan söyüd budağı sonralar alimlər tərəfindən aspirin olaraq bildiyimiz dərmana çevrildi.
4. Sarımsaq:
Vəba ortaya çıxanda həkimlər xəstələrin dərisindəki açıq yaraları əzilmiş sarımsaqla müalicə etmək istəyiblər. Eyni zamanda bakteriyanın nə olduğunu bilmədən antibiotik hesab edilən bitkini məcun halına gətirib, məlhəm əvəzinə istifadə edərək, müalicə üsulunu yaradıblar.
3. Sidik analizi:
Siyahımızda üçüncü üsul, demək olar ki, hamımızın bildiyi bir müalicə üsuludur. Əslində, sidik analizi eramızdan əvvəl 4000-ci ildən bəri istifadə olunur. Bu gün kimyəvi proseslərlə laboratoriyalarda tədqiq edilən bu nümunələr əvvəllər yalnız rəng və qoxuya görə yoxlanılıb.
3. "Keçəlin göz mərhəmi"
Soğan, sarımsaq, şərab və inək ödündən ibarət olan 'Bald's Eyesalve'(keçəlin göz mərhəmi)dir. Adından da göründüyü kimi, göz zədələri və xəstəlikləri üçün effektiv müalicə üsulu hesab olunub. Siyahıdakılardan fərqli olaraq, bu gün bu müalicə növünə üstünlük verilmir.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
