Qış gələndə soyuq havanın təsiri ilə insan orqanizmində bir çox dəyişikliklər baş verə bilər. Soyuq havalar ən çox ürək sağlamlığına təsir edir. Qışda havaların soyuq keçməsi ilə bağlı infarkt hallarında artım olur. Qışda ürəyinizi qorumaq və gücləndirmək üçün bəzi məsləhətləri həyat tərzi vərdişinə çevirməlisiniz. Soyuq havada ürək sağlamlığını qorumaq üçün tövsiyələr var.

Soyuq hava infarkt riskini artırır. Soyuq hava bədəndə istilik itkisinin qarşısını almaq üçün səthi damarların daralmasına səbəb olur və dəriyə axan qanın miqdarı azalır. Bu zaman bədən istiliyi qorunsa da, damar müqavimətinin artmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Bundan əlavə, soyuq havalarda təzyiqin artması və qəfil dəyişməsi ürək-damar sisteminə təzyiq göstərir. Yüksək qan təzyiqi ilə damarların daxili səthi zədələnəcək, damar tıxanması və ya infarkt riski artır. Ona görə də qış mövsümündə ürək sağlamlığını qorumaq lazımdır.
Bəs, soyuq havada ürək sağlamlığını necə qorumaq olar?
Güclü immunitet sistemini və ürək sağlamlığını dəstəkləmək üçün bu dövrdə balanslaşdırılmış qidalanma və maye qəbulunu laqeyd etməmək xüsusilə vacibdir.
Yeməklərdə tərəvəz, meyvə və liflə zəngin qidalara üstünlük verilməlidir. Həftədə iki dəfə balıq yeməyə çalışmalısınız. Bundan əlavə, spirt və kofeinli içkilərin qəbulundan mümkün qədər çəkinmək lazımdır.
Çəkinizi stabil saxlayın
Qış aylarında fiziki fəaliyyəti məhdudlaşdıran hava şəraiti və iştahanın artması kökəlməyi asanlaşdıra bilər. Bununla belə, düzgün qidalanma və həyat tərzi dəyişiklikləri ilə çəkiyə nəzarət etmək mümkün ola bilər.
Tərəvəz, meyvə, tam taxıl məhsulları və proteinlə zəngin qidalardan ibarət balanslaşdırılmış pəhriz yaradılmalıdır.
Yeməklərdə porsiyalara nəzarət etmək, mümkün qədər gecə yemək yeməmək, su içmək və həddindən artıq kalorili içkilərdən uzaq durmaq, fiziki aktiv olmaq çəki nəzarətini qorumağa kömək edəcək.
Soyuqdan qorunun
Soyuq hava qan damarlarının daralmasına səbəb olur və ürəyin daha çox işləməsini tələb edir. Üşüməmək, bədəni isti saxlamaq üçün qat-qat geyinmək vacibdir.
Daimi məşq
Ürək sağlamlığını qorumaq üçün hərəkət vacibdir. Ancaq açıq havada idman edirsinizsə, soyuq və küləkli günlərdə özünüzü gərginləşdirməyin. Evdə edilə bilən yüngül məşqlər seçə bilərsiniz. Stressdən uzaq durun.
Stress ürək sağlamlığına mənfi təsir göstərə bilər. Qış aylarında istirahət və yuxu rejiminə daha çox diqqət yetirin. Meditasiya və ya nəfəs məşqləri kimi istirahət üsullarını sınayın.
Qışda artan infarkt riskinə qarşı şüurlu addımlar ataraq ürək sağlamlığınızı qoruya bilərsiniz. Sağlam həyat üçün tövsiyələrə qulaq asın və lazım gələrsə, ekspert dəstəyi alın.
Mənbə: NTV
Tərcümə etdi: Səma İsmayılova
