Bu gün:

Anksiyete üçün ən yaxşı psixoterapiya növü hansıdır?


Anksiyete heç bir səbəb olmadan yarana bilər, lakin bir çox hallarda mənfi düşüncə tərzi, inkişaf etməmiş mübarizə bacarıqları və ya dərin kök salmış şüursuz inanclar tərəfindən idarə olunur və ya pisləşir. Anksiyetenin kökünə çatdıqda - istər yanlış inanclar, istər keçmiş travmalar, istərsə də zəif sosial bacarıqlar olsun - içəridən və xaricdən sağalmağa başlaya bilərsiniz. Əgər anksiyete mənfi düşüncə nümunələri və ya yanlış inanclardan qaynaqlanırsa, psixoterapiya sizə kömək edə bilər. 

Bilişsel davranışçı terapiya (CBT)-  narahatlığın müalicəsi üçün ən çox istifadə edilən, sübuta əsaslanan müdaxilədir. Anksiyete üçün CBT müdaxilələri, müxtəlif idrak və davranış (məsələn, məruz qalma) üsullarından istifadə etməklə, gözlənilən zərərlərin ehtimalı və həqiqi dəyəri ilə bağlı qeyri-real inancları dəyişdirməyə kömək edir. CBT adətən qısa müddətli (həftədə bir dəfə 3-5 ay) istifadə olunur və həll etmək istədiyiniz konkret məsələyə yönəlir.

Qəbul və öhdəlik terapiyası (ACT)- ağrılı düşüncələrin və hisslərin insan vəziyyətinin bir hissəsi olduğu və onlardan qaçınmaq və ya nəzarət etmək cəhdinin yalnız daha çox əzab doğurduğu fikrinə əsaslanır. ACT çətin düşüncələrinizi və hisslərinizi mühakimə etmədən qəbul etməyi sizə öyrətməklə daha çox psixoloji çeviklik inkişaf etdirməyə kömək edə bilər. Siz, həmçinin ağrılı hisslərinizin ortasında belə öz dəyərlərinizə uyğun hərəkət etməyi öyrənirsiniz.

Ekspozisiya terapiyası- sizi narahatlıq və ya qorxuya səbəb olan fikir və ya obyektlərə tədricən məruz qoyan bir CBT növüdür. Bu, nəzarət edilən və dəstəkləyici bir mühitdə edilir ki, siz narahatlığınızı idarə etməyi öyrənə və çəkinən davranışları azaldasınız.

Mənbə: Healthline

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et