Bu gün:

Flavanollu Kakao nədir?


Alimlər stress zamanı yüksək yağlı yeməklərin sağlamlığa mənfi təsirlərini qismən aradan qaldıra biləcək bir həll tapıblar: flavanol baxımından zəngin kakao.

Birmingham Universitetində aparılan araşdırmada, gənc və orta yaşlı 23 nəfər iştirak edib. Onlara yağlı yemək (krosan, pendir və tam yağlı süd) və ya flavanollarla zəngin, ya da az flavanollu kakao içkisi verilib. Daha sonra iştirakçılar stres yaradan riyazi testdən keçiblər.

Yüksək flavanollu kakao içənlərin damar funksiyalarında stress və yağlı yeməklərdən sonra yaranan mənfi dəyişikliklərin azaldığı müşahidə edilib. Bu, gələcəkdə ürək-damar xəstəlikləri riskini azalda biləcək nəticələrdir.

Araşdırma göstərir ki, flavanollar baxımından zəngin qidalar (yaşıl çay, təbii kakao, giləmeyvələr) stressli həyat tərzində müsbət təsir göstərə bilər. Gündəlik flavanol miqdarı iki fincan yaşıl çaya və ya 5,5 xörək qaşığı kakao tozuna bərabədir.

Mənbə: Opera News 

Tərcümə edən: Fatimə Cabbarlı 


Paylaş
Şərh əlavə et