Bu gün:

Pica sendromu nədir?


Pica sindromu qeyri-adi bir yemək pozğunluğudur. Pica sendromu olan insanlar yeməli olmayan maddələri yeməyə həvəs duyurlar. Bu maddələr arasında torpaq, qum, kağız, boya, sabun, metallar, daşlar və ya tük kimi əşyalar bilər. Sindrom daha çox hamilə qadınlar, kiçik uşaqlar, autizm və ya zehni inkişaf pozğunluğu olan insanlarda müşahidə olunur.



Pica sindromunun dəqiq səbəbi bilinmir, lakin bəzi hallarda bədəndəki mineral çatışmazlıqları, məsələn, dəmir və ya sink çatışmazlığı ilə əlaqələndirilir. Bununla yanaşı, zehni sağlamlıq problemləri, sosial və ya mədəni faktorlardan da təsirlənə bilər.


Bəs pica sendromunun əlamətləri nələrdir?


Pica sendromunun əlamətləri isə yeməli olmayan maddələrə qarşı yemək istəyi, bu maddələrin bir aydan artıq müddətdə dəvamlı yeyilməsi.


Pica sendromunun fəsadları varmı? Varsa hansılardır?


Pica sindromu sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Bu maddələrin yeyilməsi orqan zədələnmələrinə, infeksiyalara və ya bağırsaq tıxanmalarına səbəb ola bilər. Maddələr toksik ola biləcəyi üçün zəhərlənmə də baş verə bilər, məsələn, boya yeyən insanlarda qurğuşun zəhərlənməsi riski artır.


Pica sendromunun müalicəsi necə aparılır?


Müalicə xəstəliyin səbəbindən asılı olaraq dəyişir və çox vaxt bir neçə mütəxəssisin iştirakı ilə aparılır. Əgər mineral çatışmazlığı səbəbdən baş verirsə, həmin maddələr əlavələr vasitəsilə bərpa edilə bilər. Psixoloji və ya davranış terapiyaları da bu xəstəliyin idarə edilməsində mühüm rol oynayır.


Tərcümə etdi : Dilbər Paşazadə

Mənbə : Forbidden, Miliyyet

Paylaş
Şərh əlavə et