Bu gün:

Pika sindromu nədir?


Pika sindromu qeyri-adi bir yemək pozğunluğudur. Pika sindromu olan insanlar yeməli olmayan maddələri yeməyə həvəs duyurlar. Bu maddələr arasında torpaq, qum, kağız, boya, sabun, metallar, daşlar və ya tük kimi əşyalar ola bilər. Sindrom daha çox hamilə qadınlar, kiçik uşaqlar, autizm və ya zehni inkişaf pozğunluğu olan insanlarda müşahidə olunur.

Pika sindromunun dəqiq səbəbi bilinmir, lakin bəzi hallarda bədəndəki mineral çatışmazlıqları, məsələn, dəmir və ya sink çatışmazlığı ilə əlaqələndirilir. Bununla yanaşı, zehni sağlamlıq problemləri, sosial və ya mədəni faktorlardan da təsirlənə bilər.


Bəs pika sindromunun əlamətləri nələrdir?


Torpaq, gil, təbaşir, kömür kimi qida dəyəri olmayan maddələrin bir aydan uzun müddət ərzində qəbulu və bu maddələrdən iyrənmə hissinin olmaması, pika sindromunun əlamətlərindəndir.


Pika sindromunun fəsadları varmı? Varsa, hansılardır?


Pika sindromu sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Bu maddələrin yeyilməsi orqan zədələnmələrinə, infeksiyalara və ya bağırsaq tıxanmalarına səbəb ola bilər. Maddələr toksik ola biləcəyi üçün zəhərlənmə də baş verə bilər, məsələn, boya yeyən insanlarda qurğuşun zəhərlənməsi riski artır.


Pika sindromunun müalicəsi necə aparılır?


Müalicə xəstəliyin səbəbindən asılı olaraq dəyişir və çox vaxt bir neçə mütəxəssisin iştirakı ilə aparılır. Əgər mineral çatışmazlığı səbəbdən baş verirsə, həmin maddələr əlavələr vasitəsilə bərpa edilə bilər. Psixoloji və ya davranış terapiyaları da bu xəstəliyin idarə edilməsində mühüm rol oynayır.


Mənbə: Forbidden, Miliyyet


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et