Qazlı suyun potensial riskləri:

Sadə suyu sevmirsinizsə, qazlı su, şəkərli soda və meyvə şirələrinə yaxşı alternativdir. Qazlı suyun ən sağlam növü ətirsiz və şəkərsizdir. Ancaq bəzi şirinləşdirilmiş qazlı sular və selterlər pəhrizinizə arzuolunmaz şəkər əlavə edə bilər.
Həmçinin şəkəri yüksək olan qazlı sular diş çürüməsinə səbəb ola bilər. Ancaq adi qazlı suyun dişlərinizə minimal təsiri var, xüsusən də içməli su ilə müqayisədə. Yaxşı bir ağız gigiyenası rejiminə riayət etməklə və minanızı təmizləmək üçün qazlı suyu adi su ilə əvəz etməklə diş çürüməsinin qarşısını ala bilərsiniz.
Qazlı suda karbonatlaşma bəzi insanlarda qaz və şişkinliyə səbəb olur. Qazlı su içərkən həddindən artıq qaz müşahidə etsəniz, ən yaxşı seçim adi suya keçməkdir.
Mənbə: webmd.com
Tərcümə etdi: Nazrin Humbat
