
Hər birimiz dərimizin cavan, parlaq və təmiz görünməyini istəyir. Zaman keçdikcə dərimizin alt təbəqəsi qalınlaşır və cavan effekti itir. Günəş ləkələri, lazer ləkələri, sızanaq və səpki izləri dərimizin ideal görünməsinə bir növ maneədir. Bəs bu tip ləkələrdən qurtulmaqda bizə tövsiyyə edilən aloe vera həqiqətən də təsir göstərirmi?
Aloe vera dəridə bərpaedici, həmçinin strukturlaşdırıcı rol oynayır. Bu təsir sayəsində ləkələrdə bir az yenilənmə və parlaqlıq əldə oluna bilər, ancaq qurumuş, təbəqələşmiş ləkəni çıxarmaq təsiri yoxdur. Aloe vera daha çox yara və yanıq kimi lezyonlarda istifadə oluna bilər, çünki dəri hüceyrələrini yeniləyir və bərpa edir. Lakin onun ləkələri tamamilə çıxarması mümkün deyil. Buna görə dərimizin qeydinə qalmalı, günəş kremindən tövsiyyə edilən zaman çərçivəsi içərisində tətbiq etməli, daim maye qəbul etməliyik.
Tərcümə etdi: Dilbər Paşazadə
Mənbə: Hüriyyet
