Bu gün:

Coats xəstəliyi nədir?


Coats xəstəliyi uşaqlıqda başlayan nadir, mütərəqqi retinal damar xəstəliyidir. Bu xəstəlik retinada qan damarlarının anormal genişlənməsi və sızması ilə xarakterizə olunur. Xəstəliyin ilkin mərhələsində tor qişada kiçik qanaxmalar və eksudativ yığılmalar baş verir. İrəli mərhələlərdə isə tor qişanın qopmasına və daimi görmə itkisinə səbəb ola bilər.

Coats xəstəliyinə adətən bir gözdə və daha çox oğlanlarda rast gəlinir. Xəstəliyin dəqiq səbəbi bilinməsə də, genetik və ətraf mühit faktorlarının rol oynaya biləcəyi düşünülür. Coats xəstəliyinin simptomları arasına bulanıq görmə, gecə korluğu və gözdə olan sarımtıl parıltı daxildir. Bu simptomlar adətən bir gözdə baş verir və zamanla daha da pisləşir.

Müalicə üsulları xəstəliyin mərhələsindən və inkişaf sürətindən asılı olaraq dəyişir. Erkən diaqnoz qoyulan hallarda anormal qan damarları lazer fotokoaqulyasiya və kriyoterapiya kimi üsullarla bağlana bilər. Daha inkişaf etmiş mərhələlərdə isə cərrahi müdaxilələr tələb oluna bilər. Müalicə edilməzsə, coats xəstəliyi ciddi görmə itkisinə səbəb olar. Erkən diaqnoz və müalicə görmə itkisinin qarşısını almaq və ya azaltmaq üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə, risk altında olan uşaqlar üçün müntəzəm göz müayinələri çox vacibdir.

Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et