Bu gün:

Qulaqlarda ürək döyüntüsü eşitmək


Bir çoxlarımız yastığa baş qoyan zaman öz ürək döyüntülərimizin səsini eşitməyə başlayırıq. Bəs niyə belə olur və bununla bağlı nə etməliyik?

Səs xarici yayındırmaların az olması və anatomiya baxımından daxili karotid arteriyanın (beynə və digər nahiyyələrimizə qan daşıyan arteriya) kəllə sümük quruluşuna yaxınlığı səbəbindən gecə daha çox nəzərə çarpır.

1. Damarların daxili qulağa yaxınlığı

Qulaq yaxınlığındakı qan damarları, xüsusilə istirahət zamanı pulsasiya (ritmik hərəkət) ötürür.


2. Artan təzyiq


Arterial və ya kəllədaxili təzyiqdəki kiçik bir artım belə pulsasiya (ritmik hərəkət) qavrayışını artıra bilər.


3. Stress və yorğunluq


Anksiyete vəziyyətlərində və ya fiziki fəaliyyətdən sonra damarlar daha sıx işləyə bilər ki, bu da pulsasiyanı (ritmik hərəkət) daha hiss edilən edir.


Mənbə: thegirl.ru


Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et