Bu gün:

Kokos yağının faydaları


Kokos yağı təbiətin bizə bəxş etdiyi ən nadir məhsullardan biridir. Kokos yağını müxtəlif sahələrdə istifadə etmək mümkündür. Lakin, biz bu gün kokosun bədənimiz üçün faydalarından söz edəcəyik.

Kokosun faydalı yönləri:

1. Kokos yağı təbiətdəki ən güclü antibakterial vasitədir. Eyni zamanda bu yağın göbələyə qarşı da təsiri var. Bunun səbəbi isə içərisində çox sayda laurin turşusu olmasıdır. Ona görə də, soyuqdəymə zamanı kokos yağından istifadə mümkündür.

2. Kokos yağı iltihabı və oynaqlardakı ağrıları azaldır. Buna görə də, bədəndəki ağrılar zamanı təsirli olur.

3. Kokos yağı beynin zehni funksiyalarını və yaddaşını yaxşılaşdırır, bizə mümkün qədər uzun müddət aktiv və şən qalmağa kömək edir.  Məhz buna görə, Altsheymer xəstələrinin yeməklərində istifadə olunur.

4. Kokos yağı bədən üçün birbaşa enerji mənbəyidir. Bunun səbəbi kokos yağında digər yağlardan fərqli olaraq, orta zəncirli trigliseridlərin, yəni yağların daha çox hissəsi var. Buna görə də, kokos südü və ya yağıyla hazırlanmış kofe gün boyunca daha enerjik olmağımıza səbəbdir.

Mənbə: Svetlana Makarova

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et