Bu gün:

Çox su içmək zərərlidirmi?


Bədənin bütün hüceyrələrinin yaxşı işləməsi üçün suya ehtiyacı var. Lakin çox su içsəniz, həddindən artıq su qəbuluna (hiponatremiya) səbəb ola bilərsiniz ki, bu da ciddi bir vəziyyətdir.



Gündə nə qədər su içməli olduğunuzu müəyyənləşdirmək üçün vahid bir formula yoxdur. Əgər susadığınız zaman normal olaraq su içirsinizsə yəqin ki, kifayət qədər maye qəbul edirsiniz. Həmçinin, gündə səkkiz stəkan su içməyi tövsiyə olunan qayda kimi qəbul edə bilərsiniz. 


Çox Su İçəndə Nə Baş Verir?

Beyin hüceyrələriniz şişkinlik və ya aşağı natrium səviyyəsindən ən çox təsirlənənlərdir. Əgər azca su içmisinizsə, heç bir simptomunuz olmaya bilər və ya yalnız yüngül yorğunluq və diqqət dağınıqlığı hiss edə bilərsiniz. Əgər suyu çox tez içməsəniz, beyin hüceyrələri bədəninizdəki artıq mayeyə uyğunlaşa bilər.


Su Zəhərlənməsi

Qısa müddətdə çoxlu miqdarda su içsəniz, yüngül su artıqlığından su toksikliyi, intoksikasiya və ya su zəhərlənməsi adlanan vəziyyətə keçə bilərsiniz. Bu, hüceyrələrdə (o cümlədən beyin hüceyrələrində) həddindən artıq su toplandıqda baş verir və bu da onların şişməsinə səbəb olur. Beyin hüceyrələri şişdikdə, beyində təzyiq yaranır. Siz çaşqınlıq, yuxusuzluq və baş ağrısı kimi hallar yaşamağa başlaya bilərsiniz. Bu təzyiq artarsa, yüksək qan təzyiqi (hipertoniya) və ya aşağı ürək döyüntüsü (bradikardiya) kimi vəziyyətlərə səbəb ola bilər.


Mənbə:WebMd

Tərcümə etdu:Aysu Salahova

Paylaş
Şərh əlavə et