Səlahiyyətlilər Konqo Demokratik Respublikasında onlarla insanın ölümünə səbəb olan “naməlum xəstəliyin” olduğunu təsdiqləyib. Konqo Demokratik Respublikasının (DRC) səlahiyyətliləri iki həftə ərzində ölkənin cənub-qərb hissəsində "naməlum xəstəlik" nəticəsində ən azı 67 nəfərin öldüyünü bildirdi.

Əyalət Səhiyyə direktoru Apollinaire Yumba həftə sonu jurnalistlərə bildirib ki, simptomlar arasında qızdırma, baş ağrısı, öskürək və anemiya var.
Əyalət qubernatorunun müavini Remy Saki çərşənbə axşamı Associated Press-ə (AP) "67-143 nəfərin öldüyünü" söylədi. “Ərazidə olan epidemioloqlar qrupunun nümunələr götürməsi və problemi müəyyən etməsi gözlənilir”, o əlavə edib.
Xəstəliyin yayılma riskinin qarşısını almaq üçün ictimaiyyətə diqqətli olmağı və ölülərə toxunmamağı tövsiyə edib.
O, həmçinin milli və beynəlxalq tərəfdaşları sağlamlıq böhranı ilə mübarizə aparmaq üçün tibbi ləvazimatlar göndərməyə çağırıb. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (Afrika CDC) baş müşaviri Nicaise Ndembi Euronews Health-ə bildirib ki, "Biz Konqo Demokratik Respublikası Hökuməti ilə birlikdə bu xəstəliyi araşdırırıq".
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Konqo Demokratik Respublikası epidemiya ilə mübarizə aparır, Mərkəzi Afrika ölkəsində 47,000-dən çox şübhəli hadisə və 1,000-dən çox şübhəli ölüm var.
Mənbə: euronews
Tərcümə etdi: Səma İsmayılova
