Bu gün:

Yataqdan qalxan kimi yatağınızı yığmayın


Hamımız yuxunu sevirik və bəzilərimiz çarpayının düzülüşünə çox diqqətl yetiririk. Bununla belə, mütəxəssislər yuxudan oyanan kimi yatağımızı yığmamağımızı xəbərdar edir. 

Yeni araşdırmalar göstərdi ki, yuxudan oyanan kimi çarpayı hazırlamaq nə qədər səliqəli olduğumuzu göstərsə də, sağlamlığımız üçün təhlükəli ola bilər.

“MattressNextDay” şirkətinin baş direktoru və yuxu mütəxəssisi Martin Seeley izah etdi. 

Seeley deyir: 'Bir çox araşdırmalar göstərir ki, yatağınızı dərhal yığmaq nəticəsində yaranan havalandırılmamış yataq dəstləri daha yüksək səviyyədə toz gənələri və allergen zülallar üçün əlverişli mühit yarada bilər".


Tər də nəmli bir mühit yaradır, həmçinin toz gənələrinin rütubətli mühitlərdə əmələ gəldiyini və orta hesabla bir insanın hər gecə 500 ml tərləməsinin bu vəziyyəti asanlaşdırdığını bildirilib.


Yatağınızı bir müddət düzəltməyin və günəş işığına məruz qoyun. Günəş işığı toz gənələrinin yığılmasının qarşısını alır. O, həmçinin dezinfeksiyaedici xüsusiyyətlərə malikdir və bəzi bakteriya və gənələri öldürməyə kömək edir.


Qışın sonuna qədər havalandırın. Həmçinin Seeley deyir ki, yay ayları yüksək rütubət səviyyəsinə görə toz gənələrinin artdığı bir vaxt olduğundan, döşəyinizin qışın sonuna qədər nəfəs almasına icazə vermək vacibdir. Bu zaman növbəti bir neçə ay ərzində rütubət səviyyəsi azalacaq.


Əlavə olaraq, toz gənələri nə qədər zərərsiz görünsə də, dünyada insanların 10%-nin toz gənəsinə qarşı allergiyası var. Toz gənələri astmaya səbəb ola bilər.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et