Evdən çıxmaq üçün bəhanəyə ehtiyacınız var? Araşdırmalar göstərir ki, açıq havada olmaq və təbiəti seyrə çıxmaq zehni sağlamlığımızı yaxşılaşdırmağa və diqqətimizi artırmağa kömək edir.

Bir çox insan vaxtının çox hissəsini kompüter, TV, və ya smartfon qarşısında keçirir. Nəticədə, təbiət aləmini seyr edərək açıq havada daha az vaxt keçiririk.
Bəs təbiət beynimizə necə təsir edir, gəlin birlikdə nəzər salaq:
1. Təbiət bizim düşüncə, məntiq və digər zehni bacarıqlarımızı yaxşılaşdırmağa kömək edə bilər
Şəhər mühitlərində və ya ofisdə bütün gün qalanda, mənəvi yüklənmə yaşayırıq, bu da gərginlik və zehni yorğunluğa səbəb ola bilər. Araşdırmalar göstərir ki, təbii mühitdə beynimiz və bədənimiz rahatlayır. Bu, zövq hisslərini artırır və daha effektiv diqqət bacarığına və fokuslanmağa kömək edir.
2. Təbiət fiziki sağlamlığımızı yaxşılaşdıra bilər
Təbiətə çıxmaq daha çox gəzmək, velosiped sürmək, dağa dırmaşmaq və ya qayıq ilə gəzinti etmək istəyimizi artırır. İnsanlar təbiətdə olduqda, adətən müntəzəm fiziki fəaliyyətlə məşğul olurlar. Buna görə də, çölə çıxmaq fəaliyyət səviyyələrini artıraraq sağlam bir çəkini qorumağa və ya hətta çəki itirməyə kömək edə bilər.
3. Açıq havada olmaq emosiyalarımıza da təsir edir
Təbiət, narahatlıq səviyyələrini azaldır, stres və qəzəb hisslərini yüngülləşdirməyə kömək edir. Fiziki məşq də buna kömək edə bilər, amma açıq havada olmaq daha təsirlidir.
Yaşıl sahələrə müntəzəm çıxış depressiya risklərinin azalması, diqqət bacarıqlarının yaxşılaşması ilə əlaqələndirilmişdir. Açıq havada olmaq, sosiallaşmağa və ailə, dostlar və ya hətta tanımadığınız insanlarla bir araya gəlməyə imkan verir.
Mənbə: Davis Healthy
Tərcümə etdi: Arzu Qafarova
