Bu, adətən rast gəlinən, lakin qeyri-adi adla tanınan bir vəziyyətdir: ortostatik hipotenziya. Sadəcə olaraq, uzanmış və ya oturmuş vəziyyətdən ayağa qalxdıqda qan təzyiqinin düşməsi və qısa müddətli başgicəllənmə hissi ilə xarakterizə olunur. Bunun səbəbi ayağa qalxarkən qanın müvəqqəti olaraq ayaqlarda toplanmasıdır və bədənin buna uyğunlaşması, yəni ayaqlardakı iri damarlardan qanı sıxması və ürəyi bir qədər sürətləndirməsi bir an vaxt alır.
Nə baş verir?
Bu vəziyyət qanımızın hərəkət etməsinə səbəb olan cazibə qüvvəsinə fizioloji reaksiyadır, belə ki, qan ürəyə geri qayıtmır. Tez ayağa qalxarkən venoz sistemimizdəki qan ürək səviyyəsindən aşağıda toplanır və ürəyə qanın qayıtması azalır. Qan dövranı azaldıqda ürək baş və beynin qan ehtiyacını ödəyə bilmir. Beyinə qan axını azaldıqda başgicəllənmə yaranır. Adətən, bədən problemi tez anlayır və qanı mərkəzi dövran sisteminə sıxaraq başa normal qan axınını bir neçə saniyə ərzində bərpa edir. Başgicəllənmə yox olur və biz adi fəaliyyətimizə davam edirik.
Mənbə: Musc Health
Tərcümə etdi: Aysu Salahova