
Vitamin B12 təbii olaraq heyvan mənşəli qidalarda olan və orqanizmdə qırmızı qan hüceyrələrinin əmələ gəlməsində, sinir hüceyrələrinin sağlam saxlanmasında, hüceyrə mübadiləsində və hüceyrələrin genetik materialı olan DNT molekullarının əmələ gəlməsində rol oynayan bir vitamin növüdür. B12 çatışmazlığı anemiyasında əzələ zəifliyi, yerimə çətinliyi, kilo itkisi, əsəbilik və depressiya, ishal, ürəkbulanma, yorğunluq və nizamsız ürək ritmi kimi simptomlar meydana çıxır.
B12 çatışmazlığı anemiya, yorğunluq, yaddaş problemləri, əl və ayaqlarda karıncalanma, iştahsızlıq və çəki itkisi, ağızda xoralar, qidalanma nəticəsində nəfəs darlığı və solğun dəri rəngi, metabolik pozğunluqlar kimi simptomlara səbəb olan bir vitamin çatışmazlığıdır.
B12 çatışmazlığının müalicəsi güclü B12 həbləri və ya B12 vitamini inyeksiyaları ilə aparılır. İstifadəsi baxımından uşaqlarda ağızdan müalicəyə üstünlük verilir. İynə, yəni B12 vitamini inyeksiyası xüsusilə mədə və bağırsaq problemlərinə görə B12 malabsorbsiyasından əziyyət çəkən insanlara tətbiq edilir.
B12 çatışmazlığının aradan qaldırılması insanların həyat keyfiyyətini yaxşılaşdırır. B12 vitamini çatışmazlığı müalicə edilməzsə və düzəlməzsə, geri dönməz nevroloji xəstəliklər yarana bilər.
Mənbə: memorial.com.tr
Tərcümə etdi: Nazrin Humbat
