
Son illərdə 50 yaşın altındakı insanlarda bağırsaq xərçənginin artması səbəbindən Gen Z-yə bəzi məşhur qidalardan uzaq durmağı tövsiyə edirlər. Əvvəllər yalnız yaşlılarda rast gəlinən bu xəstəlik, son zamanlarda gənclərdə də artıb və həkimlər bunun səbəbi kimi müəyyən qidaları, eləcə də piylənmə, pis pəhriz və ultra-prosessə edilmiş qidaları (UPF) göstərirlər.
Böyük Britaniyada ildə təxminən 44,100 yeni bağırsaq xərçəngi diaqnozu qoyulur. Epidemioloq Tim Spektor, Gen Z və Millennial-nın pəhrizlərini "pis" hesab edir və sosial mediada yayılan yanlış məlumatların düzgün qidalanmağı çətinləşdirdiyini bildirir. O, fiziki içkilər, ağ çörək kimi qidalardan və hətta granola kimi sağlam məhsullardan uzaq durmağı məsləhət görür. Bunun əvəzinə, tərəvəzlər, tam taxıllar, fındıq, sağlam yağlar, toxumlar və balıq yeməyin vacib olduğunu qeyd edir.
Doktor Anne K. Mongiu isə bağırsaq dostu qidaların, məsələn, kimçi və digər fermentləşdirilmiş qidaların pəhrizdə bolca yer almasının xərçəng riskini azalda biləcəyini vurğulayır. O, yüksək yağlı pəhrizlərin orqanizmdə xərçəngə səbəb ola biləcək hüceyrə yollarını aktivləşdirdiyini bildirir.
Eyni zamanda, bir çox gənc bağırsaq xərçənginin simptomlarına daha az diqqət yetirir. 25 yaşında bağırsaq xərçənginə tutulmuş Ellie Wilcock, yaşadığı ağrılar və yorğunluq kimi simptomları əvvəlcə digər xəstəliklərlə səhv salıb ,ancaq sonradan dördüncü mərhələdə bağırsaq xərçəngi olduğu aşkar edilib
Mənbə: Opera News
Tərcümə edən: Fatimə Cabbarlı
