Bu gün:

Dünyada ilk film nə vaxta aiddir?


Dünyada ilk kinofilmin Fransız Lumiere Qardaşları tərəfindən çəkildiyi hesab edilir.

İlk kinofilm qatar stansiyaları haqqında sənədli film olub. Sənədli filmin ilk nümayişi 1895-ci il dekabrın 28-də “Garden Cafe” adlanan yerdə 33 nəfərlik tamaşaçıya göstərilib. Bu nümayiş zamanı daha 17 qısametrajlı film nümayiş olunub. “Fabriki tərk edən işçilər” bu qısametrajlı filmlərdən biri idi. Bu yeni ixtiranı izləyənlərin çoxu Lumiere qardaşlarının sehr etdiklərini düşünürdülər. Rəvayətə görə, qatarın ekrana doğru gəldiyi səhnədə tamaşaçılar qışqıraraq zaldan qaçmağa çalışıblar.

 "Bioskop”un ixtiraçıları Max və Emile Skladanowsky qardaşları kinofilmləri nümayişdən bir ay əvvəl (1 noyabr 1895-ci il) pullu tamaşaçılara təqdim etsələr də, kino tarixçiləri Lumiere qardaşlarının "Grand Café"-dəki təqdimatlarını kinonun əsl doğulması kimi qiymətləndirirlər. Çünki Skladanowsky qardaşlarının ikili sistemli kinoproyektorları kifayət qədər yararsız idi.

İlk ssenarili real film 1902-ci ildə Georges Méliès tərəfindən çəkilmişdir. Le Voyage Dans La Lune (Aya Səyahət) filmi Aya səyahət etmək istəyən bir qrupun hekayəsindən bəhs edir.

Kinofilmlər 19-cu əsrə qədər sırf vizual sənət olsa da, ilk səssiz filmlər ictimaiyyət tərəfindən bəyənilib.
Filmlər səssiz olduğundan, teatr sahibləri filmdəki hekayənin keçidinə uyğun musiqi hazırlamaq üçün pianoçu və ya orkestr tutmağa başlayıblar. 1920-ci illərin əvvəllərində bu məqsədlə əksər filmlər üçün hazır musiqi siyahıları yaradılıb.

İlk rəngli filmlər 1939-cu ildə çəkilmiş "Küləklə keçmiş" (Gone with the Wind)və "Oz sehrbazı" (The Wizard of Oz) olaraq bilinir.

Mənbə: Dünyalılar

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et