Bu gün:

Beynimizin sadəcə 10 faizini istifadə edirik?


Beyin haqqında çoxlu yanlış fikirlər var. Bunlardan biri də beynimizin yalnız yüzdə 10-unu istifadə etdiyimizi qəbul etməkdir.

Hər kəs buna inanmağı xoşlayır. Çünki qalan 90 faiz ondan istifadə etməyi öyrəndikdə daha ağıllı, uğurlu və yaradıcı ola biləcəyimiz ümidini verir. Amma, təəssüf ki, doğru deyil.

İlk növbədə nəyin 10 faizi sualını vermək lazımdır. Əgər beyin bölgələrinin yüzdə 10-u sual altındadırsa, bu tezisi çox tez təkzib etmək olar. Nevroloqlar maqnit rezonans görüntüləmə və ya MRT adlı texnika ilə insan düşünən və ya bir şey edərkən beynin hansı hissələrinin aktivləşdiyini müşahidə edə bilir.

Yumruğumuzu sıxıb boşaltmaq və ya bir neçə söz demək kimi sadə bir hərəkət belə beynin yüzdə 10-dan çoxunun aktivləşməsini tələb edir. Heç bir şey etmədiyimizi düşünsək belə, beynimiz çox məşğuldur. O, nəfəs alma və ürək döyüntüsü kimi funksiyaları idarə edir və ya görüləcək işlər siyahısını yadda saxlayır.

Onun mənbəyi nədir?

Əgər 10 faiz beyin hüceyrələrinin sayını ifadə edirsə, bu düşüncə hələ də doğru deyil. Sinir hüceyrələri disfunksiyalı olduqda ya pisləşir və ölürlər, ya da yaxınlıqdakı digər əraziləri işğal edirlər. Başqa sözlə, beyin hüceyrələri boş oturmur. Bunlar qiymətli hüceyrələrdir. Resurs qəbulu baxımından beynimiz böyük bir qəbuledicidir. Nəfəs aldığımız oksigenin 20 faizi beyin toxumasını canlı saxlamaq üçün istifadə olunur.

Təbiətdə maraqlı dizaynların olduğu bir həqiqətdir. Amma ehtiyacımızdan 10 dəfə böyük beyin təkamül baxımından heç bir məna kəsb etmir.

Bəs heç bir bioloji və psixoloji əsası olmayan belə bir fikir necə bu qədər geniş yayılır? Bu inancın mənbəyini tapmaq çətindir. Halbuki, amerikalı fizioloq və filosof Uilyam Ceyms 1908-ci ildə əsərlərindən birində (“İnsanların enerjiləri”) demişdir: “Biz əqli və fiziki resurslarımızın yalnız çox kiçik bir hissəsindən istifadə edirik”. Amma o, nə beyindən, nə də nisbətdən bəhs etdi, ancaq insanların daha çox şey əldə edəcəyinə dair nikbinliyini ifadə etdi.

Mənbə: CNN
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et