Bu gün:

Qulaqlıq taxmağın görünməyən təhlükəsi: bakteriyaların artması


Son illərdə qulaqlıq istifadəsi həyatımızın ayrılmaz hissəsinə çevrilib. Musiqiyə qulaq asmaq, işə fokuslanmaq və ya sadəcə ətraf səslərdən uzaqlaşmaq üçün istifadə edilən qulaqcıqlar rahatlıq təmin etsə də, onların sağlamlıq üzərindəki təsirləri narahatlıq yaradır. Araşdırmalara görə, qulaqlıq taxmaq cəmi 1 saat ərzində qulaqda bakteriyaların miqdarını 700 dəfə artıra bilər.

Qulaqlıqlar qulaq dəliklərini təbii hava axınından məhrum edir və isti, nəmişli bir mühit yaradır. Bu mühit bakteriyaların sürətli şəkildə çoxalması üçün ideal şərait yaradır. Bakteriyaların belə bir sürətlə artması qulaq pərdəsinə ciddi təsir göstərir. İlk dövrlərdə bu təsir kiçik narahatlıqlar, qaşınma və ya ağrı şəklində özünü göstərsə də, uzunmüddətli istifadə eşitmə qabiliyyətinin azalmasına və hətta qalıcı zərərə səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, qulaqlıqdan istifadə etdikdə gigiyenik qaydalara əməl etmək çox vacibdir. Qulaqlıqları müntəzəm olaraq təmizləmək və istifadə müddətini məhdudlaşdırmaq qulaq sağlamlığını qorumağa kömək edə bilər. Bundan əlavə, mümkün olduqda açıq qulaqcıqlara və ya dinamiklərə üstünlük vermək tövsiyə olunur.

Qulaqlıq istifadəsi həyatımızı asanlaşdıra bilsə də, sağlamlığımızı risk altına atmamaq üçün diqqətli olmaq vacibdir. Uzunmüddətli qulaq sağlamlığını qorumaq üçün mütəmadi olaraq qulaqcıq istifadəsini məhdudlaşdırmaq və gigiyenik qaydalara əməl etmək hər birimizin üzərinə düşən məsuliyyətdir.

Mənbə: Savit.in

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et