Bu gün:

Aktivia yoqurtunun hər hansı əks təsiri varmı?


Aktivia yoqurtunun yan təsirləri əksər insanlarda müşahidə edilmir, lakin bəzi hallarda qarında narahatlıq, şişkinlik, qaz, qısa bağırsaq sindromunun simptomlarının pisləşməsi, artıq şəkər istifadəsi nəticəsində çəki artımı və həddindən artıq süd qəbulunun xərçəng riskini artırması kimi problemlər yarana bilər. Aktivia yoqurtu Dannon Inc. tərəfindən istehsal olunur və ABŞ Qida və Dərman İdarəsi tərəfindən təhlükəsiz qəbul edilməsi təsdiqlənib.

Aktivia yoqurtunun tərkibində Bifidus Regularis adı ilə tanınan xüsusi probiotiklər və digər faydalı bakteriyalar var. Lakin bəzi insanlarda bu probiotiklər mədə narahatlığına, qaz və ya şişkinlik kimi təsirlərə səbəb ola bilər.

Qısa bağırsaq sindromu olan insanlara ümumiyyətlə probiotik tərkibli qidaları qəbul etməmək tövsiyə olunur, çünki bu məhsullar həmin vəziyyətdə problemləri artıra bilər. Bundan əlavə, Aktivia yoqurtunun tərkibində olan fruktoza kimi şəkərlər çox miqdarda qəbul edildikdə çəki artımına gətirib çıxara bilər. Süd əsaslı məhsulların həddindən artıq qəbul edilməsi yumurtalıq və prostat xərçəngi riskini artırdığı üçün ehtiyatlı olmaq tövsiyə edilir.


Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et