Qaraciyərdə yağ yığılması yağlı qaraciyər xəstəliyinə səbəb ola bilər. Qaraciyər yağlanması bədənə ciddi zərər vuraraq ağır fəsadlara yol aça bilər. Dünyada bu xəstəliyin geniş yayılma göstəricisi olduqca yüksəkdir və kişilərdə risk qadınlara nisbətən daha çoxdur. Bəs, yağlı qaraciyər xəstəliyi nədir və qaraciyər yağlanmasının qarşısını necə almaq olar?

Yağlı qaraciyər xəstəliyi (hepatik steatoz), qaraciyərdə yağ yığılması ilə yaranan xroniki bir narahatlıqdır. Qaraciyər bədəninizin ən böyük daxili orqanıdır və qidaları həzm etməyə, enerji yığmağa, toksinləri təmizləməyə kömək edir. Yağlı qaraciyər xəstəliyi isə qaraciyərdə artıq yağın yığılması nəticəsində yaranır.
Qaraciyər normal olaraq yağları emal edib parçalasa da, müəyyən hallarda bu proses pozulur və qaraciyərdə həddindən artıq yağ toplanır. Xüsusilə piylənmə, diabet və ya yüksək trigliseridlər kimi problemlər bu xəstəliyə yol açır. Həddindən artıq spirt qəbulu, sürətli çəki itkisi və qeyri-düzgün qidalanma da yağlı qaraciyər xəstəliyini artıran əsas faktorlardır.
Yağlı qaraciyər xəstəliyinin iki əsas növü mövcuddur:
1. Alkoqolsuz yağlı qaraciyər xəstəliyi: Ən geniş yayılmış növdür və metabolik sindrom, piylənmə, diabet və yüksək xolesterolla əlaqəlidir.
2. Alkoqollu yağlı qaraciyər xəstəliyi (alkoqollu steatohepatit): Həddindən artıq alkoqol qəbulu nəticəsində yaranır.
Xəstəlik, artıq çəki, yüksək yağlı pəhriz, insulinə qarşı rezistentlik, yüksək trigliseridlər və kimyəvi təsir kimi faktorların birləşməsindən qaynaqlanır. Risk faktorları arasında piylənmə, yüksək yağlı qidalanma, yüksək alkoqol qəbulu və diabet əsas yer tutur.
Xəstəliyin simptomları adətən yüngül olur və ya heç bir simptom müşahidə edilmir. Lakin bəzi hallarda yuxarı sağ qarın bölgəsində ağrı və yorğunluq baş verə bilər.
Dünyada geniş yayılmış bir taxıl məhsulu olan darı, xüsusilə Afrika və Asiya ölkələrində daha çox istehlak edilir. Glütensiz olması və yüksək protein, lif, antioksidant tərkibi sayəsində darı sağlamlığa mühüm faydalar verir.
Darının faydaları arasında qaraciyər yağlanmasını azaltmaq, xolesterolu aşağı salmaq və qan şəkərinin səviyyəsini normallaşdırmaq yer alır. Liflə zəngin olan bu taxıl az kalorili olduğundan piylənmənin qarşısını alır və qaraciyərin sağlamlığını dəstəkləyən vitaminlər və minerallar ehtiva edir. Antioksidantlar isə immuniteti gücləndirir və lipid yığılmasını azaldaraq qaraciyər yağlanmasını önləyə bilər.
Darının tərkibində B qrupu vitaminləri (xüsusilə niasin və folat), dəmir, maqnezium və fosfor kimi minerallar var. Bu qida elementləri enerji istehsalına, sümük sağlamlığına və ümumi bədən funksiyalarına dəstək olur. Eyni zamanda, həzm üçün çox yararlıdır və toxluq hissi yaradır.
Darının istifadəsi də olduqca genişdir: bişirilərək əsas yeməklərdə, şorbalar və salatlarda istifadə oluna bilər. Darı unundan hazırlanan çörək və digər xəmir məhsulları da məşhurdur.
Necə istehlak edilməlidir?
Darını bişirmədən əvvəl yaxşıca yuyub, üç qat su ilə 15-20 dəqiqə ərzində bişirmək tövsiyə olunur. Səhər yeməyində qatıq və meyvələrlə enerji mənbəyi kimi istifadə edilə bilər. Əsas yeməklərdə qarnitür kimi və ya plov əvəzi yeyilə bilər. Hətta şirin yeməklərdə kakao və vanil ilə ləzzətləndirilə bilər.
Lakin tiroid və ya digər xroniki xəstəlikləriniz varsa, darı istehlak etmədən öncə həkimlə məsləhətləşmək mütləqdir. Bu məqalə yalnız məlumat məqsədilə hazırlanıb və tibbi məsləhət kimi qəbul edilməməlidir.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
