
Hər bir insan zaman- zaman özünü narahat hiss etdikdə, yoluxucu ya da agır xəstəliyə tutulduqda dərmanlardan istifadə edir.
Ancaq istifadə etdiyimiz dərmanlar bizə tam şəkildə kömək edirmi? Əlbəttə, xeyr, çünki təhlükəsiz bilib istifadə etdiyimiz dərmanların belə yan təsirləri və allergiyaları mövcuddur.
Bəs yan təsirlər nədir?
Yan təsirlər dərmanların səbəb olduğu istənilməyən və adətən xoşagəlməz təsirlərdir. Çoxu yüngüldür, məsələn, qarın ağrısı, qurumuş ağız və ya yuxululuq və dərmanı dayandırdıqdan sonra keçib gedir. Digərləri isə daha ciddi ola bilər. Bəzən bir dərman sizin mövcud xəstəliyinizlə qarşılıqlı təsir edərək yan təsir yarada bilər. Məsələn, ürək xəstəliyiniz varsa, bəzi burun açıcı dərmanlar sürətli ürək döyüntüsünə səbəb ola bilər.
Dərman allergiyaları nədir?
Dərman allergiyaları başqa bir növ reaksiyadır. Onlar yüngüldən həyati təhlükə yaradanlara qədər dəyişə bilər. Dəri reaksiyaları, məsələn, qızartılar və döküntülər ən yaygın növdür. Anafilaksiya, ciddi allergik reaksiya isə daha az rast gəlinir.
Dərman qəbul edərkən necə təhlükəsiz qala bilərik?
Dərmanların yan təsirləri və allergiyası ilə mübarizə aparmaq üçün istifadə etdiyimiz yeni reseptli dərmanların tərkibini, nəyə xidmət etdiyini, necə istifadə ediləcəyini və həmin dərmanlardan istifadə etdikdə qəbul etməli olduğumuz qidalara da mütləq şəkildə diqqət yetirməliyik.
Mənbə: MedlinePlus
Tərcümə etdi: Arzu Qafarova
