Bu gün:

Manifestinq nədir və həqiqətən, işə yarayırmı?


Manifestinq və ya manifest müasir dünyada insanlar tərəfindən arzu etdikləri, əldə etməyə can atdıqları hədəflərə çatmaq üçün istifadə etdikləri bir yoldur. Manifestinq - hərfi tərcümədə təzahür, sübuta yetirilmiş bir üsul deyil, bu üsul insanların öz düşüncələrinə hökm edərək kainata mesaj ötürməsidir.

Manifestinq zamanı bunun üçün hazırlanmış səs dalğalarından istifadə edilə bilər. Bu dalğaların spesifik bir gücə malik olduğu düşünülsə də, sadə mənada onlar bizə düşüncələrimizi nizamlamaqda və fokuslanmaqda kömək edir. Bundan əlavə,    onepeleton.com    saytında da qeyd olunduğu kimi manifest yalnız zehni sahə ilə hüdudlanmır, o fiziki səy də tələb edir.

Məsələn, çox yayılmış manifestlərdən olan hadisələrin manifestində yalnız düşüncələri nizamlamaq və qaynar enerji göndərməklə reallaşa bilməz. Bunu reallaşdırmaq üçün fiziki də işləmək lazımdır.

 

Bütün bunlardan sonra əsas bir sual ortaya çıxır: bu üsul həqiqətən işə yarayırmı? 

 

Təzahür, yəni düşüncə və istəklərimizin həyatımızda təzahürü (manifestinq) daha əvvəl qeyd etdiyimiz kimi sübuta malik, olmasa da, daha çox istifadəçiyə sahibdir. Əslində isə bu üsul insanlara hədəflərə gedən yolda inam aşılayır, inandırır ki, çoxlu pul qazanacaqlar ya da çox məşhur bir musiqiçi olacaqlar və s. Yəni əsas məsələ inanmaqdan keçir, güclü inanc öz növbəsində daha məhsuldar çalışmağa və nəticədə uğura gətirib çıxarır. 


Hazırladı: Səidə Abasova

Paylaş
Şərh əlavə et