
Yaşıl rəng həm çürüməni, həm də yenidən dirçəlişi simvolizə edir. "Bu, dünya ilə o biri dünya arasında körpü funksiyası daşıyır",- deyə Kelly Grovier bildirir.
Yaşıl rənglə ehtiyatlı olun – ona tam güvənmək olmaz. Leonardo da Vinçi bunu bilirdi və müasirlərini bu piqmentin zəhərli və qeyri-sabit təbiəti barədə xəbərdar edirdi. O deyirdi ki, "yaşılın gözəlliyi havada yox olur". Uçucu və solğun olan bu rəng sadəcə bir çalar deyil. Bu bizi bilinməyən bir şeyə bağlayan bir enerjidir.
Sənət tarixindən yaşıl rəngi çıxarın – həyatla ölüm arasında bağ qırılacaq. Pablo Pikasso özünün 20 yaşında eşq əzabına dözməyib intihar edən dostu Karlos Kasagemasın cansız yanaqlarını yaşılın həm xəstə, həm də canlı görünən çalarları ilə boyayırdı. Yaşıl rəng bir tərəfdən onun ölmüş bədənini təsvir edir, digər tərəfdən isə həyat dolu xlorofil işartısı ilə yenidən dirçəlişi simvolizə edir.
Eyni zamanda, Klod Monenin yaşılın təsdiqedici və həyat dolu təsviri ilə işlənmiş əbədi kətanları bu rəngin hər iki mənasını özündə cəmləşdirir.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
