
1940-cı ildə Disneyin "Pinocchio" cizgi filmində Geppettonun sevimli qızıl balığının adı Kleo idi. Film, Karlo Kollodinin 1883-cü ildə nəşr olunan "Buratinonun sərgüzəştləri" əsəri əsasında çəkilib.
Kleo həmişə qızıl balıq qabında görünən və Fiqaro adlı pişiyə məhəbbət göstərən şirin və sevgi dolu bir personajdır. Pinokyo səhnədə olanda Kleo bəzən qabında tərs üzərək maraqlı anlar yaradır. O, hətta bir dəfə qabından atılıb Fiqaro və Pinokkionu öpərək yaddaqalan bir səhnəyə imza atır.
Kleo "Ələddin", "Siçan Evi" və "Rocer dovşanı kim çərçivəyə saldı?" kimi digər filmlərdə də epizodik rolları ilə diqqət çəkib.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
