
Xurma Yaxın Şərq və Şimali Afrikada yetişdirilir. Bu meyvənin sağlamlığa bir çox faydaları var.
1. Ürək Sağlamlığı: Xurmanın tərkibindəki polifenollar ürək sağlamlığını dəstəkləyir. Onlar xolesterolu artırıb, ümumi xolesterolu azaldaraq ürək xəstəliklərinin riskini azalda bilər. Aşağı glisemik indeksi sayəsində xurma qan şəkərini yavaş-yavaş yüksəldir, bu da diabetli insanlar üçün faydalıdır.
2. Həzm Sağlamlığı: Medjool xurması liflə zəngindir və gündəlik ehtiyacın 13-19%-ni təmin edir. Lif, bağırsaq sistemini tənzimləyərək həzmi yaxşılaşdırır.
3. Beyin Sağlamlığı: Bu meyvənin tərkibindəki birləşmələr beyni qoruyur və "Alzheimer" riskini azalda bilər. Onun antioksidant xüsusiyyətləri beyindəki iltihabı və oksidləşdirici stressi azaldır.
Xurma həm sağlam ürək, həm də həzm və beyin sağlamlığı üçün faydalıdır.
Mənbə: Health
Tərcümə etdi: Fatimə Cabbarlı
