
"Google" axtarış sistemində "L'oreal Paris şikayətləri" yazsaq, qarşımıza yüzlərlə qurban profilləri çıxacaq.
Bu qurbanlardan ən çox bilinəni hazırda 32 yaşı olan Cenifer Mecheldir. O,on yaşından etibarən L'oreal'ın saç düzləşdirici vasitələrindən istifadə edib və daha sonra bir çox qadın kimi o da uşaqlıq xərçənginə tutulub. Buna görə də L'oreal 'ı məhkəməyə verib.
Digər bir qurban isə Şila Bastadır. O da kiçik yaşlarından etibarən adı çəkilən markanın saç düzləşdiricisindən istifadə edib və eyni aqibəti yaşayıb.
Həmçinin L'oreal məhsullarında heyvan testlərindən istifadə etmədiyini bildirib, ancaq bir məhsul Çində satılırsa, Çin qanunlara əsasən, heyvan testi etdirmək məcburiyyətindədir və təbii ki, L'oreal'ın Çin internet səhifəsi də mövcuddur. Bunlara əsasən L'oreal'ın heyvanlara olan" həssasiyyət"ini görə bilirik.
Bəs, sizcə məhsullar daha çox hansı qadınlara satılır?
Təbii ki,qara dərili qadınlara...
İllər boyunca təbii qıvırcıq saçın gözəl görünmədiyini, düzəldilməli olduğu fikrini təlqin ediblər.Buna görə də qadınlar saçlarını düzləşdirməli olublar. Qara dərili qadınların saçlarının daha qıvırcıq olduğunu nəzərə alsaq, markanın irqçi görüşlərini aydın görə bilərik.
Bu cür şikayətlərə baxan vəkil Ben Kramp , Markanın zərərli kimyəvi maddələrdən istifadə etdiyini,amma yenə də satışa çıxartdığını deyib. Qadınlara müraciətində isə "Bu markadan istifadə edirsinizsə,elə bu gün dayandırın",-deyib.
Bəs, bütün şikayətlərə L'oreal'ın cavabı necə olub?
İlk məhkəmə iddialarının qaldırılmasından sonra onlayn olaraq yayımlanan bəyanatda L'Oréal, "Məhsullarımızın təhlükəsizliyinə əminik və bizə qarşı irəli sürülən son məhkəmə iddialarının hüquqi əsası olmadığına inanırıq”-, deyə bildirib.
Həmçinin marka rəsmi "l'oreal.com "səhifəsində də paylaşım edib:
"L'Oréal-ın əsas prioriteti bütün istehlakçılarımızın sağlamlığı və rifahıdır. Məhsullarımız fəaliyyət göstərdiyimiz hər bir bazarda bütün qaydalara ciddi şəkildə riayət etməyimizi təmin edərək, mütəxəssislər tərəfindən onların təhlükəsizliyinin ciddi elmi qiymətləndirilməsindən keçir.Hər bir iddiaçının şəxsi sağlamlıq problemlərinə cavab tapmaq və onlardan xilas olmaq istəyini başa düşsək də, məhsullarımızın təhlükəsizliyinə əminik və bu iddialarda irəli sürülənlərin nə hüquqi, nə də elmi əsaslara malik olduğuna inanırıq."
Mənbə :TVNET X, l'oreal.com
Hazırladı: Fatimə Cabbarlı
