
Araşdırmalara görə, Hind-Avropa köçərilərinin Avropa və Asiyaya geniş yayılmasına, onların yetkin yaşda süd içə bilməsinə imkan verən genetik mutasiya səbəb olub. Bu mutasiya, həmin xalqlara üstünlük verərək onların sağ qalmasını və yayılmasını asanlaşdırıb.
Maks Plank Cəmiyyətinin Bəşəriyyət Tarixinin Öyrənilməsi İnstitutunun rəhbəri Nikol Boivin deyib ki, arxeoloji və genetik sübutlar Hind-Avropa xalqlarının miqrasiyalarının onların süd içmə qabiliyyəti ilə əlaqəli olduğunu təsdiqləyir.
Hind-Avropa xalqlarının əcdadlarının, təxminən 7-5 min il əvvəl Qara dəniz və Xəzər dənizi arasındakı çöllərdə yaşadığı düşünülür. Bu əcdadlar, Yamnaya mədəniyyətinə mənsub köçəri çobanlar olub və daha sonra onların nəsilləri Avropanın və Asiyanın böyük hissələrinə yayılıb.
Mənbə: Medium
Tərcümə etdi: Səid Quliyev
