Bu gün:

Edam məhbuslarının son istəkləri


Ölüm hökmündə olan məhbusların cəzaları icra olunmazdan əvvəl, əsasən, son istəkləri yeməklər olub. Onlardan bəziləri həqiqətən çox təəccüblüdür.
Ronni Li Qardner son yeməyində lobster quyruğu, biftek, alma piroqu və vanil dondurması istəyib. 
49 yaşlı Ronni Li Qardner oğurluq, soyğunçuluq və 2 qətlə görə güllələnərək edam edilib.

Oklahoma bombardmançısı Timoti MakVey əsas yemək əvəzinə nanəli və şokoladlı dondurma istəyib. Timoti MakVey 168 nəfərin ölümünə səbəb olduğu üçün edam edilib.

Son yeməyi üçün Stiven Anderson iki tost, pendir, sıyıq və qarğıdalı qarışığı, şaftalı pastası və şokoladlı dondurma istəyib. 49 yaşlı Stiven Anderson oğurluq, hücum və 7 qətlə görə öldürücü inyeksiya ilə edam edilib.

Ted Bandi son yeməyi üçün "xüsusi" menyudan imtina etdiyi üçün ona biftek, yumurta, tost, yağ, süd və şirə verilib. 43 yaşlı Ted Bandi zorlama, nekrofiliya, həbsxanadan qaçma və 35 qətlə görə elektrik stulda edam edilib.

Son yeməyi üçün Con Veyn Qeysi 12 qızardılmış karides, orijinal KFC toyuq, kartof qızartması və çiyələk istəyib. Bütün bu yeməkləri istəyən Con, qətl və təcavüzə görə zəhərli şprislə edam edilməzdən əvvəl üç ayrı KFC restoranını idarə edib.

Anxel Nyeves Dias son yeməkdən imtina edib, ona həbsxana yeməyi verilib, amma onu da qəbul etməyib. 55 yaşlı Dias silahlı soyğunçuluq, qətl və adam oğurluğuna görə zəhərli şprislə edam edilib.

Mənbə: memurlar.net

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et