Bu gün:

MrBeast kimdir?


Amerikalı iş adamı, xeyriyyəçi və Youtuber MrBeastın YouTube-dakı hər videosu milyonlarla baxış alır. Beastın 330 milyon abunəçisi var. Beast, videolarında böyük mükafatlar verir və xeyirxahlıq edir. Bəs Mr. Beast kimdir, neçə yaşı var, əsl adı nədir?

MrBeast əvvəlki videolarında şəxsi təyyarə, 500 min dollar, 456 min dollar və 1 milyon dollar kimi müxtəlif mükafatlar paylayaraq bütün YouTube-un diqqətini çəkib. Beast, həmçinin, 1000 gözdən əlil insanı müalicə edib, könüllülərlə birlikdə dünyanın ən çirkli çimərliyini təmizləyib və oxşar xeyriyyə işləri həyata keçirib.

MrBeast və ya əsl adı ilə Cimmi Donaldson 7 may 1998-ci ildə ABŞ-da anadan olub. Amerikalı YouTuber, iş adamı və xeyriyyəçi Donaldson Şimali Karolinada yaşayır. Newsweek-in məlumatına görə, 2016-cı ildə Greenville Christian Academyni bitirən Donaldson, YouTuber kimi karyera qurmaq üçün kollecdən ayrılıb. Donaldson Keemstar ilə müsahibə zamanı Kron xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Mənbə: CNN

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et