"Procrastination" kimi də tanınan süründürməçilik xəstəliyi, bir insanın bir işi görmək üçün vaxtı, enerjisi və imkanı olmasına baxmayaraq, bir və ya bir neçə dəfə təxirə salması və ya ondan yayınması olaraq müəyyən edilir. Edilməsi lazım olan işi yerinə yetirmək üçün oturmadan əvvəl son bir dəfə başqa bir şey etmək, hərəkətə keçmək əvəzinə hərəkətdən bilərəkdən və şüurlu şəkildə qaçmaq kimi də izah edilə bilən süründürməçilik, cəmiyyətdə olduqca yayğındır. Bu insanlar hərəkətə keçmək əvəzinə bəhanələr, qaçış yolları taparaq vəzifələrini təxirə salırlar. Nəticədə bu, onların sosial münasibətlərinə, eləcə də iş və məktəb həyatlarına mənfi təsir göstərir.
İşin tamamlanma vaxtı yaxınlaşdıqca hirs və stress səviyyələri artır. Çox vaxt onlar işi bacardıqlarından daha səthi və ya eskiz şəkildə tamamlayırlar. Nəticədə onların stress səviyyələri artmağa və özlərinə inamları azalmağa başlayır.
Prokrastinasiya xəstəliyinin səbəbləri nələrdir?
1. Motivasiyanın olmaması
2. Zamanın səhv idarə edilməsi
3. Uğursuzluq narahatlığı
4. Şəxsiyyətinizə uyğun olmayan iş seçmək
5. Məlumat çatışmazlığı
6. Bitirə bilməmək narahatlığı
Necə qarşısını almaq olar?
Həyatda qarşılaşdıqları bir çox problemlərdə olduğu kimi, süründürməçiliklə mübarizə aparan insanların etməli olduğu ilk şey xəstəliyi qəbul etməkdir. Daha sonra işin görülməsi üçün tələb olunan konsentrasiyanı pozan amillər bir-bir qeyd edilməli, işə başlamanın təxirə salınmasına səbəb olan obyektlər aradan qaldırılmalıdır. Konsentrasiya səviyyəsini artırdıqdan sonra görüləcək işləri bölmək və bu bölmələri nəzərdə tutulmuş müddət ərzində tamamlamaq lazımdır. Vaxtın düzgün və effektiv idarə edilməsi və yaxşı planlaşdırma, insanın qoyduğu qaydalara riayət etməklə başlayan bərpa prosesində görüləcək işlər kifayət qədər sadə olsa da, çox önəmlidir.
Mənbə: Medical Park
Tərcümə etdi: Aysu Əsgərzadə
