Bu romanın maraqlı yaradılış hekayəsi var:
Fujiko Fujyo təxəllüsü ilə işləyən iki yapon rəssamı, Hiroşi Fujimoto və Motoo Abiko 1969-cu ildə Doreymonu yaradıblar. Doreymon əvvəlcə yalnız Fujimoto tərəfindən hazırlanmış bir fikir olub, baxmayaraq ki, Fujyo adı iki rəssam tərəfindən istifadə edilib.

Doreymon Fujimoto yaradıcılığında mühüm yer tutub, çünki o, bir gün qızının oyuncaqlarının arasında yatan pişik oyuncaqlarından ilhamlanaraq bu ideyanı ortaya atıb.
Əlbəttə maraqlı olan digər məsələ zamanda səyahət edən və gələcəkdən gələn robot pişik:
Doreymon 22-ci əsrin robot pişiyidir. Onun missiyası indiki zamanda yaşayan Nobita adlı uşağa kömək etməkdir. Nobitanın uğursuz həyatı gələcəkdə ailəsini böyük borclu qoyacaq və Doreymon bu vəziyyəti düzəltmək üçün keçmişə göndəriləcək. Doreymonun ən məşhur xüsusiyyətlərindən biri onun dördüncü ölçülü cibidir. Bu cibdə sonsuz sayda sehrli alətlər və cihazlar var. Bu cihazlar gündəlik problemləri həll etmək üçün istifadə olunur. Doreymonun ən maraqlı fiziki xüsusiyyətlərindən biri də qulaqlarının olmamasıdır. Gələcəkdə baş verən qəzada qulaqları zədələnib, ona görə də qulaqsızdır. Bu ona özünəməxsus görünüş verir və həm də Doreymonu hekayəsindəki faciəli elementlərdən biridir. Doreymon əslində sarı olub, lakin qulaqlarını itirdikdən sonra depressiyaya düşüb və göyərib. Bu hekayəyə melankoliya toxunuşu əlavə edir.
Sonsuz roman kimi görünsə də, amma sonu var. Bu məlumat bir çoxlarında maraq doğurur:
Doreymonda bir çox epizod və yan hekayələr olsa da, serialın rəsmi sonu da var. Fərqli bitmə nəzəriyyələri olsa da, ən çox qəbul edilən sonluqlardan biri Doreymonun Nobitanın yanından ayrılması ilə bağlıdır. Doreymonun batareyası tükənir və Nobita onu yenidən işə salmaq üçün çox çalışır.
İndi isə hər il Yaponiyada sentyabrın 3-ü Doreymonun ad günü (Doreymon günü) kimi qeyd edilir. Bu isə bu cizgi romanının populyarlığının sübutudur.
Doreymon 45-dən çox ölkədə müxtəlif dillərdə nəşr edilmişdir. Anime serialları və filmləri də böyük marağa səbəb olub. Manqa və anime dünyasının ən uzun sürən seriallarından biridir və bu gün də populyardır. Serialın dünya miqyasında təsiri o qədər böyükdür ki, onun hətta Hollivuda uyğunlaşdırılacağı ilə bağlı söz-söhbətlər zaman-zaman gündəmə gəlib.
Mənbə: Quora, İMDb
Tərcümə etdi: Dilbər Paşazadə
