Manuela Barrios dünyanın müxtəlif yerlərində flamenko ifa edib. La Carbonerıadakı təsadüfi gecələrdən Tablao Las Setasın kabare şoularına qədər flamenko tamaşalarını izləmək onun sevimli hobbisidir.
Seviliya İspaniyanın Əndəlus bölgəsinin paytaxtı, kirəmitli Mağribi memarlığı, rəngarəng 19-cu əsr fasadları və küçələrini bəzəyən minlərlə ətirli portağal ağacı ilə tanınır. Bu romantik şəhər tez-tez "flamenkonun doğulduğu yer" adlandırılır.
Flamenko gitaranın müşayiət etdiyi, oxuma və ya şeir ilə birlikdə əl çalma və barmaq çırtma ilə müşayiət olunan ritmik rəqs ilə xarakterizə olunur. Bu, kədərli xalq motivlərini əks etdirən və ən çox "ruh" və ya "can" kimi tərcümə olunan ifadəvi emosiya - "duende" ilə idarə olunan bir sənət növüdür.
Bir çox alimlər flamenkonun mənşəyini Qvadalkivir çayı sahilindəki Triana məhəlləsinə bağlayır. Bu ərazi orta əsrlərdə Hindistandan İspaniyaya köç etmiş və dəf, kastanet kimi alətləri gətirən Sevilya çingenələrinin (qaraçıların) evi olmub. Rəqs marjinallaşmış qaraçılar və Moors kimi işçi sinfi və azlıq icmaları ilə əlaqəli olduğundan İspan elitaları tərəfindən ona pis baxılırmış. Lakin bu gün turizm və modernləşmə nəticəsində bu baxış köklü şəkildə dəyişmiş və flamenko populyarlaşıb.
Mənbə:BBC
Tərcümə edən:Fatimə Cabbarlı
