2008-ci ildə gecə fənərləri İngiltərədə hazırlanıb, Avropa və ABŞ-da “Eco-friendly premium” səma fənərlərini təqdim edən ilk şirkət olub. 2014-cü ildə bu fənərlər “Simply Fabs Ltd” tərəfindən satışa buraxılıb.

Səma fənərləri 2000 il əvvəl Çində yaranıb və ənənəvi olaraq içərisində şam olan nazik kağız qabıqdan ibarətdir. Şam alovdan uzaq tutulur və alovdan yaranan fənərin içərisindəki isti hava fənərin səmaya qalxmasına səbəb olur. Bəziləri bu zərif yaradıcılığı ilk isti hava şarları hesab edirlər, çünki onlar öz hərəkətlərini və dizaynlarını təqlid etməyə meyllidirlər. Siz isti hava şarını uçurarkən alovu davam etdirə bilərsiniz, halbuki səma fənərinin alovu sonda yox olur və fənəri yavaş-yavaş yerə geri göndərir.
Səma fənərləri ənənəvi olaraq Şərqi Asiya mədəniyyətləri ilə əlaqələndirilir və onlar əsasən axşam səmasına atılırlar. Asiyada onlar adətən bambuk çərçivədə yağlanmış düyü kağızından hazırlanır. Bu üzən işıqların ölçüləri bir neçə santimetrdən bir və ya iki metrə qədər dəyişə bilər və onlar həm də geniş canlı rənglərdə olur.
Bir fənər haqqında ilk dəfə düşünəndə onun mənalı bir hadisənin bir hissəsi kimi səmada zərif şəkildə üzdüyünü təsəvvür edirsən. Bir çox insan bu dinamik kiçik cihazların bir vaxtlar müharibədə istifadə edildiyini öyrəndikdə təəccüblənir. Əsgərlər döyüşün qaranlığı ilə üzləşəndə yoldaşlarına işarə etmək üçün işıqdan istifadə ediblər. Qədim Çində fənərlərdən mesaj göndərmək və yaxınlaşan təhlükə barədə xəbərdarlıq etmək üçün siqnal qurğusu kimi istifadə olunub. Düşmən tərəfindən mühasirəyə alındıqda fənəri yaxşı istifadə edən hərbi strateq Zhuge Lianq olub. Bir çox insanlar Zhuge Lianqın orijinal ixtiraçı olduğunu güman edirlər, lakin əmin olmaq üçün heç bir yol yoxdur.
İşıq və firavanlıq gətirir:
Bu zərif üzən işıqlar ənənəvi Asiya mədəniyyətinin mərkəzi hissəsidir. Onların güclü simvolik statusu və yerli əhali üçün mühüm mənası var. İnsanlar bu mənəvi fənərlərin onlara uğurlar və firavanlıq verə biləcəyini düşünürlər. Təsəvvür edin ki, bütün narahatlıqlarınızı və mənfi düşüncələrinizi yerləşdirib, onları fənərin dərinliklərinə boşaldıb göyə atırsınız. Bir çox asiyalılar fənərlərini göndərərkən arzularını diləyirlər, fənər göyə uçduqda arzularının gerçəkləşəcəyinə inanırlar. Qismən buna görə də bu fənərlər Çində yeni il zamanı çox istifadə olunur, çünki insanlar yeni ildə arzularının həyata keçəcəyinə ümid edirlər.
Fənər işığı insanlara getməli olduqları doğru yolu göstərməlidir və buna görə də onları rahiblərə və məbədlərə girərkən təklif etmək adətdir.
Hərbi istifadədən sonra fənərlər karnavallarda uşaqlar arasında çox populyarlaşıb, onların parlaq rəngləri və mənəvi təbiəti uşaqların təxəyyülünü ələ keçirib. Ancaq bu gün onlar bir çox müxtəlif səbəblərə və vəziyyətlərə görə istifadə olunur. Xüsusilə, Asiyada böyük festivallar, partiyalar, möhtəşəm açılışlar, ad günləri, xatirələr və bəzən hətta toylar üçün istifadə olunur.
Taylanddakı “Loi Krahtong” festivalı şahidi olmaq üçün möhtəşəm bir festivaldır, çünki yüzlərlə fənərin havaya buraxıldığını görə bilərsiniz. İnsanlar birlikdə fənərlərini buraxmaq üçün çay sahilinə toplaşırlar. Çində çin təqviminin səkkizinci ayının 15-də fənər festivalı keçirilir. Bu festival zəngin tarixi və möhtəşəm mənzərə kimi nüfuzuna görə çoxlu ziyarətçiləri cəlb edir. Uşaqlar öz fənərlərini düzəldir və küçələrdə parad keçirir, çinlilər isə aya sitayiş edirlər.
Mənbə: CandleBagsUk
Tərcümə etdi: Aysu Əsgərzadə
