Kuklalar adası və ya Isla de las Munecas, Meksikadan cəmi 28 kilometr cənubda yerləşən kiçik, uzaq bir adadır. Səs-küylü şəhərə yaxın olmasına baxmayaraq, ada dünyanın hər yerindən maraqlı qonaqları cəlb edən qorxulu və qorxunc əfsanəsi ilə tanınır.

La Isla de las Muñecas hekayəsi Meksika şəhərinin Soçimilko sakini Don Culian Santana Barera ilə bağlıdır. 20-ci əsrin ortalarında o, naməlum səbəblərdən ailəsini tərk edərək Teşuilo gölündəki adaya köçüb. Lakin onun psixi cəhətdən yaxşı olmadığı məlum olub. O, məskunlaşdıqdan sonra boğulan qızın cəsədini tapıb və qısa müddət sonra kanaldan bir kukla üzüb. O, qızın ruhunu sakitləşdirmək üçün kuklanı ağaca asıb və sonrakı 50 il ərzində o, zibil qutularından və kanallardan kuklalar toplayıb, onları müxtəlif yararsız vəziyyətlərdə adada asıb.
Don Bareranın ailəsi də daxil olmaqla bəziləri onun varlığına şübhə ilə yanaşır. Buna baxmayaraq, Don Culian həyatının qalan hissəsini ona həsr edib. 2001-ci ildə o, qızı gördüyünü iddia etdiyi kanalda boğularaq tapılıb. Bu, turistlərin adaya getməsinə və həm Don Culian, həm də qızın xatirəsinə gəlinciklər asmasına səbəb olub.
Artıq burada heç bir insan yaşamır - yalnız kuklalar mövcuddur. Tavanlardan, ağaclardan, sahildə yanaqlı qayıqlardan asılırlar.
Bura indi qədim Aztek kanallarında ekskursiyaların məşhur dayanacağıdır.
Mənbə: www.abc.net.au
Tərcümə etdi: Sona Osmanova
