Bu gün:

Evdən işləyənlər hər gün 24 dəqiqə daha çox yatır


Böyük Britaniyanın Milli Statistika Ofisinin (ONS) apardığı araşdırmaya görə, evdən işləyən insanlar hər gün işə getdikləri vaxtı 24 dəqiqə daha çox yuxu və istirahətə sərf edə bilirlər.

Bu insanlar idman kimi digər fəaliyyətlərə də 15 dəqiqə daha çox vaxt ayıra bilərlər. Araşdırmalar göstərir ki, evdən işləyən insanlar gediş-gəliş vaxtına qənaət etməklə hər gün orta hesabla bir saata qazanırlar. Ofisdən işləyən insanlar evdən işləyənlərə nisbətən hər gün yolda 56 dəqiqə daha çox vaxt keçirirlər.

Başqa bir araşdırma göstərir ki, işəgötürənlərin evdən işləməyi təklif etmələrinin əsas səbəbi işçilərin sağlamlığı və rifahıdır. Ancaq, bir çox şirkət son vaxtlar evdən işləmək imkanlarını məhdudlaşdırıb. Koronavirus pandemiyasının sona çatmasından bəri yalnız evdən işləmək getdikcə populyarlığını itirir. İngiltərənin Asda supermarketlər şəbəkəsi bu ay şirkətin yenidən qurulması çərçivəsində evdən işləməyə artıq icazə verilməyəcəyini açıqladı. Amazon da həmçinin yanvar ayından bütün işçilərinin ofisə gəlməsini tələb edəcəyini açıqlayıb.

Mənbə: BBC

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et