
Uşaqların oyuncaqla oynaması yanlız əyləncə məqsədli deyil. fəaliyyət onların fiziki, zehni, emosional və sosial inkişafında mühüm rol oynayır. Bu davranış uşaqların yaşadıqları dünyanı kəşf etməsi və anlaması üçün əsas vasitələrdən biridir.
Uşaqlar oyuncaqlarla oynayaraq səbəb-nəticə əlaqələrini öyrənir. Məsələn, topu tullayıb onun necə geri qayıtdığını görmək, fizika qanunlarını sadə şəkildə başa düşməyə kömək edir.
Oyuncaqlar uşaqlara ətraf mühitdəki obyektlər və vəziyyətlər haqqında yeni şeylər öyrədir.
Oyuncaq seçimi uşağın maraqlarını və inkişaf mərhələsini göstərir.
Məsələn, körpələr parlaq rəngli və toxunma hissini artıran yumşaq oyuncaqlara üstünlük verirlər.
6-9 yaş aralığında uşaqlar, quruculuq dəstələri, video oyunlar və ya strategiya tələb edən oyuncaq növlərini seçirlər.
Oyuncaqlar təkcə əyləncə deyil, uşaqların böyüməsi və inkişafı üçün bir vasitədir. Onlar dünyanı öyrənmək, bacarıqları inkişaf etdirmək, özünü ifadə etmək və gələcək həyatı üçün hazırlıq yaratmaq vacibdir. Oyuncaqlarla oynamaq uşağın təbii ehtiyacıdır və sağlam böyümənin ayrılmaz hissəsdir.
Mənbə: psychology today
Tərcümə etdi: Zeynəb Həsənova
