Bu gün:

“Titanik” və “Olimpik” əkizlərinin qardaşı, 3-cü nəhəng – “Britannik”


“Britannik” XX əsrin əvvəllərində İngiltərədə istehsal olunan məşhur gəmilərdən biri idi. Bu gəmi 270m uzunluğu ilə “Titanik” və “Olimpik”-dən sonra dünyanın ən böyük gəmisi hesab olunur.  

“Olimpik” adlı gəminin qəza keçirməsi və “Titanik"in faciəvi şəkildə batmasından sonra 3-cü nəhəngə qarşı elə də etimad qalmamışdı, çünki batmaz dedikləri batmış, əzilməz deikləri əzilmişdi. Sırf bu səbəblərdən “Britannik” qardaşlarından daha gec – 1914-cü ildə suya buraxılıb və o da “Titanik” kimi transatlantik sərnişindaşıma üçün nəzərdə tutulub.  

İlk gedişlərini uğurla tamamlayan gəmi böyüklüyünə görə I Dünya müharibəsi dövründə xəstəxana-gəmi olaraq istifadə olunub. Bu gəmi 2 il boyunca Britaniya ordusuna ən böyük yardımı göstərsə də, qardaşının taleyini yaşamalı olur.  

1916-cı ildə Egey dənizində alman minası səbəbi ilə zədələnən gəmi cəmi 55 dəqiqə ərzində batır. Lakin “Titanik” fəlakətindən fərqli olaraq Egey dənizində suyun temperaturunun daha uyğun olması və bəzi texniki səbəblər 1065 sərnişinin 1305-ni xilas etməyə imkan verir. “Britannik” 30 sərnişini ilə birlikdə Yunanıstanın Kea adası yaxınlığında suyun 120 m dərinliyinə batır və dünyanın ən böyük sualtı xəzinəsi hesab olunur. Hətta dalğıclar “Britannik”i sualtı dünyanın Everesti adlandırırlar. 

Hazırladı: Səidə Abasova


Paylaş
Şərh əlavə et