Bu gün:

İlk qadın: Lilit əfsanəsi


  Lilith bərabərlik tələb edən ilk qadındır, yoxsa üsyankar varlıqdır?


Lilit əfsanəsinə görə, Lilit uzun dalğalı günəş qırmızı saçları, kəhrəba gözləri, qar kimi ağ dəri rəngi və zərif bədəni ilə Həvvadan əvvəl yaradılmış cazibədar qadın və Adəmin həyat yoldaşı olub.


Başlanğıcda Allah Liliti Adəmlə eyni vaxtda, eyni torpaqdan və gildən yaradıb. Bu səbəbdən Lilit daim Adəmlə bərabər olduğunu müdafiə edib və Adəmin itaətkarlıq rəftarlarına tabe olmayıb. Onların arasında bərabərlik mövzusunda həmişə inadkarlıq olub. Sonda bu vəziyyətə dözməyən Lilit Allahın qadağan olunmuş adını deyərək cənnətdən qovulub və Qırmızı dənizin yaxınlığında yer üzünə sürgün edilib. Beləliklə, bərabərlik uğrunda mübarizə əbədi düşmənçiliyə çevrilib.


Yer üzünə enən Lilitin Qırmızı dəniz yaxınlığındakı mağaraya sığındığı barədə şayiələr yayılıb. Əfsanənin davamında cənnət bağlarından və ona təklif olunan isti evdən qaçan Lilit indi küsmüş kimi qəbul edilib. Onun Qırmızı dənizdə özü kimi qovulmuş cinlərlə yaşamağa başladığı və arxdemon Lucifer (Samael) ilə cinsi əlaqədə olduğu şayiələri var. Hər gün 100 uşaq dünyaya gətirən bu əlaqənin təsvirləri var və bu uşaqların cin, şeytan və ya vampir olduqları güman edilib. İnanca görə dünyada bu qədər şər olmasının səbəbi Lilitin övladlarıdır.


Göydə tək qalan Adəm Liliti geri qaytarması üçün Allaha yalvarıb. Allah üç mələyi - Senoy, Sansenoy və Samengelofu yerə göndərib və Lilitə "evə gəl" deyib. Lakin Lilith mübarizəsindən heç vaxt əl çəkməyəcəyini və bir daha geri dönməyəcəyini deyib. Belə olan halda onu mələklər hədələyiblər ki, hər gün 100 övladı öldürüləcək. Əslində belə də olub. Hər gün yüzlərlə uşağı öldürülən Lilit yenə də geri qayıtmayıb. Lilitin geri dönməyəcəyinə əmin olan Allah Adəm üçün Həvvanı yaradır. Həvvanı da Adəmin qabırğasından yaradır ki, onlar bərabər olmasın. Lilitə çox bənzəyən Həvva ilə qarşılaşan Adam dərhal Liliti unudub və Həvva ilə yaşamağa başlayıb. Övladlarının öldürüldüyü üçün yaralanan Lilith bu vəziyyəti eşidəndə çox əsəbiləşib və qısqanclıq hissi keçirib. Lilith cənnətə öz sevgilisi ilə cin libasında girir və Həvvanı qadağan olunmuş meyvəni yeməyə razı salır. Beləliklə, Adəm və Həvva fani olublar və cənnətdən qovulublar. Onların ölümlü olması, lakin Lilitin ölümsüz qalması onun andını yerinə yetirməsini asanlaşdırıb və o, Adəmdən doğulan hər bir övladı təqib edəcəyinə and içib.


Müasir dövrdə Lilith feminizmin ən mühüm simvollarından birinə çevrilib. Bu adda jurnallar, kitablar nəşr olunub, məqalələr dərc olunub, eyniadlı kafelər açılıb. Beləliklə, Lilit tarixin ilk feminist xarakteri və müdafiəçisi olub.


Mənbə:kampustenevar

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et