21 avqust 1986-cı ildə Kamerunun Nyos gölündən böyük bir karbon qazı kütləsi çıxıb. 1700-dən çox insanın və 3500 heyvanın həyatına son qoyan qaz kütləsi gölün yaxınlığındakı kəndləri sanki əsir alaraq görünməz qaz buludu ilə əhatələyib.
Gölün dərinliklərində qalan karbon qazı və su damcılarının qarışığı qəflətən püskürərək səthə çıxıb. Linik püskürmə kimi tanınan bu nadir hadisə yaxınlıqdakı kəndləri bürüyən ölümcül, görünməz qaz buludu yaradıb. Bu hadisə indilərdə “Nyos gölü fəlakəti” adlandırılır.
Hadisənin niyə məhz uzun illər ərzində baş verməyib, elə bu vaxt baş verməsi insanları maraqlandırıb. Alimlər hesab edirlər ki, bu faciənin əsas səbəbi regionun vulkanik fəaliyyətinin tarixindədir. İllər keçdikcə CO2 tədricən gölə sızaraq partlayıcı saatlı bomba yaradıb. Hər hansı bir təkan, ehtimal ki, sürüşmə, zəlzələ və ya sadəcə çox miqdarda qaz yığılması qaz buludunun fəlakətli şəkildə yayılmasına səbəb olan tətik rolunu oynayıb.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
