
Meksikada 16-cı əsrə aid kilsənin altından “yeraltı dünyasına giriş” tapılıb. Uzun müddətdir ki, Meksikadakı qədim Mitla şəhərinin yeraltı dünyasının tunelləri üzərində olduğuna inanılır və arxeoloqlar belə tunellərin həqiqətən mövcud olduğunu sübut etməyə yaxınlaşırlar.
Zapotek xalqı yeraltı dünyasını harada tapacaqlarını bildiklərinə inanırdılar: qədim Meksika şəhəri Mitlada, ayaqlarının altında. Şəhərin və San Pablo Apostol Kilsəsinin altında mağaraların və otaqların mövcudluğu 17-ci əsrin keşişi tərəfindən qeyd edilmiş olsa da, müasir tədqiqatçılar onları tapa bilməyiblər. İndi isə arxeoloqlar belə bir labirintin həqiqətən mövcud olduğunu sübut etməyə yaxınlaşırlar.
Alimlər 2023-cü il araşdırmalarında həqiqətən də sübut ediblər ki, Mitla şəhərinin altında Zapoteklərin də dediyi kimi “ilan tunelləri” var. İlan tunelləri “ölülər şəhəri” Mitlanın altında bir şəbəkə şəklində hazırlanıb. Qədim insanlar bu tunellərin yeraltı dünyaya gedib çıxdığına inansalar da bu hələ ki, sübuta yetirilməyib.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
