Bu gün:

Dünyanın ən kiçik rubik kubu


2016-cı ildə Yaponiyanın MegaHouse şirkəti dünyada ən kiçik rubik kubu modelini təqdim edib. Bu kub o qədər kiçikdir ki, düzəlişləri yalnız maqqaşla etmək mümkündür.

Bu rubik kubu alüminiumdan hazırlanıb. Hər tərəfi 5 mm-dir. Çəkisi isə cəmi 0,3 qramdır. Ginnesin rekordlar kitabı bu kubu dünyanın ən kiçik rubik kubu kimi qəbul edib.

Mikrokubun qiyməti 777 777 ¥ (təxminən 5 320 dollar) təşkil edir. Yüksək qiymətinə görə bu oyuncaq gündəlik məşq tapmacasından daha çox kolleksiyaçı əşyasıdır.

Mənbə: rbc.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et