
Timsahların dünyasında çox sayda maraqlı və qəribə xüsusiyyət mövcuddur, amma ən az bilinənlərdən biri də onların dilinin hərəkətsiz olmasıdır. BBC-nin məlumatına görə krokodillərin dili təbii olaraq heç vaxt xaricə çıxmır. Bu, onların bədən quruluşunun özəlliklərindən biridir və hər hansı bir təhlükə yaratmır, amma bəziləri üçün olduqca maraqlı bir məlumatdır.
Timsahların dili digər heyvanlar kimi sərbəst şəkildə hərəkət etmir. Bunun səbəbi onların dilini damaqlarının üst hissəsinə bağlayan xüsusi bir membranın mövcudluğudur. Bu membran dili sıx şəkildə yerləşdirərək hərəkət etməsini əngəlləyir. Timsahların ağzı dar və güclü bir şəkildə bağlandığı üçün bu, onların dili çıxarmağı və ya üzərində manipulyasiya etməyi demək olar ki, qeyri-mümkün edir.
Əslind, bu xüsusiyyət timsahlar üçün bir çox mənada faydalıdır. Onların ağzı çox böyük və güclüdür, əksər zamanlarda yalnız qurbanlarını yaxalamaq və dişləri ilə sıxmaq üçün istifadə edilir. Dili damaqda bağlanmış vəziyyətdə saxlamaq onlara daha çevik və effektiv bir şəkildə ov etməyə imkan verir. Bu, eyni zamanda ağzını bağlayaraq sualtı həyat tərzini daha rahat davam etdirə bilmələrinə də kömək edir.
Timsahlaeın dili hər nə qədər sərbəst hərəkət etməsə də, bu onların yemək yeyərkən və ya ətrafı ilə ünsiyyət qurarkən heç bir problem yaratmır. Çünki onların əsas məqsədi yeməyi tutmaq və qidalarını ağızlarında sıxaraq bədənlərinə daxil etməkdir.
Nəticədə, timsahların dili çıxara bilməməsi onların həyat tərzinin bir parçasıdır və bu qəribə xüsusiyyət, hər zaman onları təbiət dünyasında fərqli edən amillərdən biridir. Bu məlumat isə timsah sevərlər və heyvanlarla maraqlanan hər kəs üçün maraqlı bir sirr olaraq qalır.
Mənbə: Savit.in
Tərcümə etdi: Aysel Şıxməmmədova
