
Günəş bitkilərin həyat mənbəyidir və onların böyüməsi, inkişafı və sağ qalması üçün əsas rol oynayır. Bu proses günəşdən gələn işıq enerjisinin bitkilər tərəfindən istifadə olunması ilə başlayır və bioloji dövrün mühüm bir hissəsidir.
Fotosintez bitkilərin günəş işığından enerji əldə etdiyi prosesdir. Bu, onların əsas qida istehsal üsuludur. Günəş işığı bitkilərin yarpaqlarındakı xlorofil (yaşıl rəngli piqment) tərəfindən udulur. Su ( H²O)köklərdən gəlir və karbon qazı (CO²) isə atmosferdən yarpaqlara daxil olur. Bu iki maddə günəş enerjisinin təsiri ilə qlükoza (şəkər) və oksigenə çevrilir.
Bitkilərin günəş işığına yönəlməsi fototropizm adlanır. Yarpaqlar işığa doğru çevrilir, beləliklə fotosintez üçün maksimum enerji toplayır.
Günəş bitkilərə yanlız can vermir, həm də onların həyatı vasitəsilə bütün canlıların mövcudluğunu təmin edir. Bu təbii enerji mənbəyi bitkilərin sağlam inkişafı və ekosistemin sabitliyi üçün əvəzedilməzdir.
Mənbə: Onedio
Tərcümə etdi: Zeynəb Həsənova
