
Çin səddi dünyanın ən məşhur tarixi abidələrindən biridir və Çin xalqının zəhməti və bacarığının böyük bir nümunəsi kimi tarixə düşmüşdür. Bu, insan əli ilə tikilmiş ən uzun müdafiə səddi sayılır və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Çin səddinin ümumi uzunluğu təxminən 21,196 kilometrdir. Səddin tikintisi,əsasən, eramızdan əvvəl 7-ci əsrdə başlamış və eramızın 17-ci əsrinə qədər davam etmişdir. Səddin əsas məqsədi şimaldan gələn köçəri tayfaların hücumlarına qarşı müdafiə təmin etmək idi.
Çin səddi əsasən daş, kərpic, torpaq və taxta materiallardan inşa edilmişdir. Bugünkü gündə Çin səddi həm Çinin tarixi, həm də mədəniyyətini öyrənmək istəyən turistlər üçün əsas cazibəli məkanlarından biridir. Təmir edilən hissələr ziyarət üçün uyğundur, lakin bəzi hissələr hələ də bərpa edilməmiş vəziyyətdədir.
Mənbə: Onedio
Tərcümə etdi: Zeynəb Həsənova
