Bu gün:

Dünyada hüququn üstünlüyü və ədalətin təmin edilməsi


Hüququn üstünlüyü müasir demokratiyaların və hüquq dövlətlərinin təməl daşlarından biridir. Bu prinsip bütün fərdlərin və dövlətin hüquq qarşısında bərabər olmasını təmin edir və ədalətin təmin olunmasında mühüm rol oynayır. Hüququn üstünlüyü yalnız bir dövlətin daxili fəaliyyətini tənzimləməklə kifayətlənmir həm də fərdlərin hüquqlarını qoruyur və cəmiyyətin sabitliyini təmin edir. Hüququn üstünlüyü dövlətin gücünü və hakimiyyətini, hüququn qoyduğu sərhədlər daxilində saxlayaraq fərdi azadlıqları qoruyur və ədalətsiz idarəçiliyin qarşısını alır.

1. Hüququn üstünlüyünün tərifi və prinsipləri

Hüququn üstünlüyü "heç bir şəxs, qurum və ya dövlət orqanı hüquqdan üstün ola bilməz" mənasını verir. Bu prinsip bütün dövlət və fərdlərin hansı mövqedə olursa olsun qanunlara tabe olmasını təmin edir. Hüququn üstünlüyü prinsipinin əsas xüsusiyyətləri bunlardır:

Bərabərlik prinsipi: Hər bir insan hər hansı bir ayrı-seçkilik edilmədən qanuni olaraq bərabərdir. Yəni heç bir şəxs və ya qrup hüququn qarşısında üstün deyil. Qanunlara riayət etmə öhdəliyi dövlətin səlahiyyətlilərindən ən adi vətəndaşına qədər bütün cəmiyyəti əhatə edir.

Hüquq əvvəlində hesab verə bilərlik: Dövlətin bütün orqanları hərəkətləri və qərarları hüquqa uyğun olmalıdır. Dövlət öz hərəkətlərini hüquqa əsaslanaraq həyata keçirməli və lazım gəldikdə məhkəmə orqanları tərəfindən nəzarət edilə bilməlidir.

Şəffaflıq və iştirak: Hüquq xalqın başa düşəcəyi bir dildə olmalı və ictimaiyyətə açıq olmalıdır. Hüquq sistemində iştirak cəmiyyətin hər bir üzvü tərəfindən təmin edilməlidir. Bu ədalətin təmin olunmasında xalqın fikirlərinin və hüquqlarının nəzərə alınmasını təmin edir.

Müstəqil məhkəmə: Hüququn üstünlüyü ədalətin müstəqil bir məhkəmə sistemi tərəfindən təmin olunmasını tələb edir. Məhkəmə orqanları hökumətdən müstəqil şəkildə fəaliyyət göstərməli və heç bir siyasi və ya iqtisadi təzyiqdən təsirlənmədən qərar verməlidir.

Əsas hüquqların qorunması: Hüququn üstünlüyü hər bir fərdin əsas hüquqlarının qorunmasını təmin edir. Bu ifadə azadlığı həyat hüququ, şəxsi həyatın qorunması kimi hüquqları əhatə edir və dövlətin bu hüquqlara hörmət etməsi gərəkdir.


2. Hüququn üstünlüyünün qlobal tətbiqi

Hüququn üstünlüyü dünyada fərqli ölkələr tərəfindən qəbul edilmiş bir prinsiptir, lakin tətbiq olunma şəkildə fərqlər mövcuddur. Bir çox Qərb demokratiyasında hüququn üstünlüyü prinsipi konstitusion zəmanət altına alınmış və müxtəlif nəzarət mexanizmləri ilə gücləndirilmişdir. Lakin dünyada bu prinsipin həyata keçirilməsi bəzən çətinliklərlə üzləşə bilər. Hüququn üstünlüyü xüsusən inkişaf etməkdə olan və avtoritar rejimlər altında olan ölkələrdə tam şəkildə tətbiq olunmaya bilər.

Avropa Birliyi və hüququn üstünlüyü: Avropa Birliyi (AB), hüququn üstünlüyünü təşviq etmək və bu prinsipin inkişafını dəstəkləmək üçün mühüm rol oynayır. AB üzv ölkələrindən bu prinsipləri qəbul etmələrini tələb edir. Üzv dövlətlər yalnız iqtisadi və ticarət əməkdaşlığını deyil həm də ortaq bir hüquq anlayışını da qəbul edirlər. AB, hüququn üstünlüyü prinsipinin yalnız daxili hüquqda deyil həmçinin AB qanunlarına uyğunluq baxımından da mühüm olduğunu qəbul edir. AB hüququn üstünlüyünə hörmət etməyən ölkələrə sanksiyalar tətbiq edə bilər.

Birləşmiş Millətlər Təşkilatı və insan hüquqları: BMT bütün dünyada hüququn üstünlüyü prinsipinin yayılmasına və insan hüquqlarının qorunmasına kömək edən bir digər mühüm təşkilatdır. BMT-nin "İnsan hüquqları bəyənnaməsi" və digər beynəlxalq müqavilələr hər bir dövlətin vətəndaşlarının hüquqlarını qorumağa yönəlmişdir. Bu hüququn üstünlüyü prinsipinin qlobal səviyyədə daha da genişlənməsini təmin edir.


3. Hüququn üstünlüyünün ədalətin təmin edilməsindəki rolu

Hüququn üstünlüyü, ədalətin təmin olunmasında çox mühüm rol oynayır. Hüququn müstəqil bərabər və şəffaf tətbiqi hər bir fərdin hüquqlarını qorumağa, sosial ədaləti təmin etməyə və dövlətin qanunlara uyğun şəkildə fəaliyyət göstərməsini təmin etməyə kömək edir.Bu yalnız fərdlərin hüquqlarının qorunmasını deyil həm də cəmiyyətin ümumi inkişafını təmin edir. Məhkəmələrin müstəqil olması və hüququn bərabər şəkildə tətbiq olunması ədalətin yalnız hüquq sahəsində deyil həm də sosial və iqtisadi sahələrdə də təmin olunmasına kömək edir. Dövlətlər hüququn üstünlüyü prinsipinə əməl etməklə həm də öz vətəndaşlarına olan məsuliyyətlərini yerinə yetirirlər. Bu prinsip ədalətli bir cəmiyyətin qurulmasına və sosial sabitliyin təmin olunmasına xidmət edir.


Mənbə: Adalet Bakanlığı

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et