1) Vidkun Quisling: Norveç xaini
1939-cu ilin dekabrında faşist norveçli siyasətçi Vidkun Quisling Adolf Hitler ilə gizli görüş üçün Oslodan Berlinə getdi. Quisling Hitlerə təklif etdi ki, ingilislər öz strateji ehtiyacları üçün Norveçə köçməyi planlaşdırırlar. Norveç nasistləri narahat etməmişdi, lakin görüş Hitleri narahat etdi və bir neçə ay ərzində Almaniya Norveçi işğal etməyə başladı. O andan etibarən Quisling xain kimi tarixə düşdü. Belə ki, onun adı bir çox dillərdə xain sözünə çevrilib.
2) Axis Sally: Nasistlər üçün yayımlanan İkinci Dünya Müharibəsi xaini
1949-cu ildə Mildred Gillars – başqa adı ilə Axis Sally – Amerika tarixində xəyanətdə mühakimə olunan ilk qadın olub. Keçmiş Broadway şousu qızı İkinci Dünya Müharibəsi zamanı Almaniya Dövlət Radiosunda antisemit nasist təbliğatı yayımlayırdı. Onun həftəlik şouları ona Axis Sally ləqəbini verən minlərlə amerikalı hərbçi tərəfindən eşidilib ə həbs edilib.
3) Wang Jingwei: Çinin xaini, yoxsa müdafiəçisi
1937-ci ildə Yaponiya Çini işğal edərək, Nankin qırğını da daxil olmaqla vəhşiliklər törətdi. Vang Jingvei Çin milli qəhrəmanı və Çinin hakim Millətçi Partiyasının ikinci komandiri olub. O, Yaponiya ilə danışıqlar aparmaq istəyirdi, lakin həmkarları onu dinləmədilər. Beləliklə, o, qaçdı və 1940-cı ildə Nankinqdə Yaponiyanın nəzarətində olan kukla hökumətə rəhbərlik etməyə razı oldu. O vaxtdan bəri bir çox çinli ona nifrət edir – onun adı Çinə xain olan “Hanjian” sözünün sinonimidir.
4) Sandor Szücs: Sevgiyə görə edam edilən macar futbolçu
Möhtəşəm Macarlar 1950-ci illərin Macarıstanın qızıl futbol komandası idi. Lakin onların parıltısının arxasında qaranlıq bir sirr var idi.1951-ci ildə müdafiəçi Sandor Szücs kommunist rejimindən qaçmağa cəhd etdiyi üçün edam edildi. Evli mərkəz müdafiəçisi sevgilisi, özü də evli olan müğənni Erzsi Kovacs ilə Macarıstanı tərk etmək istəyirdi. Onlar ikili agent tərəfindən qurulduqdan sonra sərhəd yaxınlığında həbs ediliblər.
5) Jack Strong: Soyuq müharibənin xaini, yoxsa qəhrəmanı?
ABŞ digər Qərb ölkələri ilə birlikdə NATO-nun üzvü idi, Sovet İttifaqı isə Varşava Müqaviləsi çərçivəsində mərkəzi və şərqi Avropa ölkələri ilə birləşdi. Polşa polkovniki Ryszard Kukliński Sovetlərin ölkəsini idarə etmə tərzindən məyus olduqdan sonra Qərbi Almaniyanın Bonn şəhərindəki ABŞ səfirliyinə məktub yazdı. Növbəti 10 il ərzində o, MKİ-ni on minlərlə səhifəlik məxfi hərbi sirrlərlə təmin edəcəkdi.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
