Şrek əvvəllər qırmızı burunlu idi, dişləri yox idi və zibillikdə yaşayırdı
İlk qaralamalarda Şrek tanıdığımız Şrekdən çox fərqli idi. Qırmızı burunu, dişsiz ağzı vardı, sandalet geyinirdi və daha axmaq bir görünüşə sahib idi. O kəndin yaxınlığındakı zibillikdə yaşamalı idi. Lakin bu fikir onun tənha və fərqli bir xarakter kimi təsvir edilməsinə uyğun gəlmədi. Buna görə də yaradıcılar onu bataqlığa yaxın həyat vermək qərarına gəldilər.

Canavar pəri tərəfindən sevilmədiyi üçün lənətləndi
“Beauty and the Beast” (Gözəllik və Canavar) nağılının ən qədim versiyası Disney cizgi filmindən fərqli idi. Şahzadə uşaq ikən atasını itirdiyi üçün anası krallığı idarə etməli olmuş və şahzadəni pis bir pərinin himayəsinə vermişdi. Pəri isə şahzadəni sevmədiyi üçün onu heyvana çevirmişdi.

“Kiçik Qadınlar” filmindən bir personaj, Belle üçün ilham mənbəyi oldu
Louisa May Alcott-un “Kiçik Qadınlar” əsərinin 1933-cü ildə çəkilən ilk film adaptasiyası, “Gözəllik və Canavar” yaradıcılarına ilham mənbəyi olmuşdu. Bellenin müstəqil xarakteri qismən Jo March obrazına əsaslanırdı. Jo, bacıları arasında ən ağıllısı idi, oxumağı və yazmağı çox sevirdi və evlilik fikrinə müsbət yanaşmırdı. 2019-cu ildə çəkilən müasir versiyada bu obrazı Saoirse Ronan canlandırmışdı.

Ceki Çan “Gözəllik və Canavar”ın Çin versiyasında səsləndirmədə iştirak edib.
Çində “Gözəllik və Canavar” filmindəki Canavar obrazını Ceki Çan səsləndirmişdi. Opera məktəbində aldığı musiqi təhsili ona həm də mahnı oxumaqda kömək etmişdi. Personajlardan birini səsləndirməklə yanaşı, Celine Dion və Peabo Brysonun məşhur ifası olan “Beauty and the Beast” (Gözəllik və Canavar) mahnısını da səsləndirmişdi.

“Yatmış Gözəl” filmindəki pərilər yaşlı qadınlardan ilhamlanıb
Animasiya yaradıcıları pəri obrazlarını yaratmaq üçün ərzaq mağazalarında və toy məclislərində yaşlı qadınları müşahidə etmişdilər. Onların davranışlarındakı əsas xüsusiyyətləri qeyd etmişdilər: bir çox qadın papaq geyinir və sürətlə yeriyirdi. Flora, Fauna və Merryweather adlı üç yaxşı pəri obrazları buna əsaslanaraq yaradılmışdı.

Mənbə: brightside.me
Hazırladı: Nigar Muştaqova
